"Oyuncaq deyiləm ki, məni aldadadaraq efirə çıxardasınız" -Vüqardan Mətanətə cavab

"Oyuncaq deyiləm ki, məni aldadadaraq efirə çıxardasınız" -Vüqardan Mətanətə cavab
MAQAZİN
23:12 05.06.2026
235
"Mən heç kəsin oyuncağı deyiləm ki, məni aldadaraq verilişə qonaq çağırsınlar".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında müğənni Vüqar Muradov deyib. 

" Xəzər axşamı" verilişinə qonaq qismində dəvət olunan, lakin son anda proqrama çıxmaqdan imtina edən sənətçi, bunun səbəbini də açıqayıb:

"Mənim nə Mətanət xanımla, nə də oradakı qonaqlarla bir ədavətim var . Məsələ burasındadır ki, verilişin prodüseri məni dəvət edərkən Vaqif Şıxəliyevlə qonaq olacağımı demişdi. Amma gördüm ki,  tam başqa sənətçilərdir. Onlarla bir problemim yoxdur, amma tanımadığım insanlarla verilişdə mən nədən danışım? Bəlkə elə ola bilərdi ki, onların hansı biri ilə mənim ədavətim, problemim ola bilərdi. Onda necə olacaqdı? İnsanı aldatmaq olmaz. Mətanət xanıma böyük hörmətim var, lakin işçilərin mənə qarşı etdikləri yanlış idi".

Xatırladaq ki, müğənni Vüqar Muradov "Xəzər axşamı" verilişinə dəvət aldığı halda, son anda proqrama çıxmaqdan imtina edib. 

Aparıcı Mətanət Əliverdiyeva isə canlı yayımda sənətçini sərt şəkildə tənqid edib.
 
Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR