Parisdə 'Azərbaycan-ənənəvi və müasir incəsənəti' sərgisi nümayiş edildi

Parisdə
MƏDƏNİYYƏT
17:55 27.02.2013
1781
Parisdə “Azərbaycan-ənənəvi və müasir incəsənəti” sərgisi nümayiş edilib. Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyindən verilən məlumata görə, sərgi Azərbaycan Rəssamlar İttifaqı, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilib. Sərgini keçirməkdə məqsəd parisliləri Azərbaycanın xalq sənətkarlığı ilə tanış etməklə, xalqımızın ruhunu, mənəviyyatını və mədəniyyətinin zənginliyini paylaşmaqdır.Sərgidə Azərbaycanın müasir sənətkarlarının xalça və xalça məmulatı, batika, tikmə, şəbəkəbənd, zərgərlik, metal, ağac, keramika, gəlinciklərdən və quru çiçəklərdən ibarət qədim ənənələr üzərində köklənmiş müasir sənət əsərləri nümayiş dilib.Azərbaycan məişətinin ayrılmaz hissəsi olan xalça və xalça məmulatları xalçaçı-rəssamlar A. Rəcəbov, M. Hüseynov, L. Qarayeva, T. Abdullayeva, L. Xudayarova, N. Kornetova, M. Zeynalova, əl işləri olan “Əfşan”, “Namazlıq”, “Qobustan”, “Günəş”, “Əncir ağacı” və s. xovlu xalçaları, “Palaz” xovsuz xalçası, “Xurcun”, “Çanta” kimi xalça məmulatları, eyni zamanda B. Bəşirovanın, H.Məmmədzadənin, R. İsmayılov və Ə. İsmayılovun keçə, çətən, xovsuz xalça nümunələrinin müasir quruluşu və toxunuşu ilə diqqəti cəlb etsə də, ənənəvi xalça məktəblərinə əsaslandığını görmək olar. Bu ənənələrin cəlb edici nümunəsi sərgidə Xalça muzeyinin nadir eksponatlarından olan “Dəstərxan”ın surətidir.Batika ustaları İ. Kostina, T. Ağababyeva, M. Nağıyev və N. Zaytsevin “Simurq”, “Xəzər mələyi”, “Saqi”, “Violençi qadın” və s əsərlərində sanki doğma vətənimizin rəngləri həkk olunmuşdur.Bir-birindən gözəl, incə zövqlə və böyük bacarıqla işlənmiş “Pirəbədil”, “Quba”, “Şərəbənd”, “Buta” və s tikmələrdə müəlliflər – Ş. Əsgərova, Z.Fərhadova, G.Xəlilova, S. Səlimli, N. Əzizova, H. Hacımustafazadə, S. İsmayılov, X. Nəsirova, H. Əhmədova, Z. Seyidəliyeva, B. Əliyeva, G. Behbudova yun, ipək saplardan, parça və muncuqlardan istifadə edərək təkəlduz, qurama texnikası ilə nəfis sənət nümunələri yarada bilmişlər. M. Hacıyeva şəbəkəbənd texnikası ilə toxunmuş “Butalı” və “Dekorativ süfrə” sərgiyə başqa bir gözəllik qatır.Xalq tətbiqi sənətin digər növü zərgərlik nümunələri E. Şamarayev, S. Baloğlanova, V. Xudaverdiyevin və Z. Rüstəmovun şəbəkə, quraşdırma, nəqqaşlıq və s. texnikalarda gümüşdən və müxtəlif daş-qaşlardan hazırlanmış sənətkarlıq nümunələri ilə təmsil olunur.Ağac və metal üzərində oyma ənənəvi sənətkarlıq növlərindən biridir. Ağac oymalara O. Həşimov, A. Həsənov, İ. Babayev, C. Quliyev, Ə. Məmmədov, A. İmanovun “Mücrü”, “Nar”, “Sarmaşıq” “Natürmort” kimi əsərlərində, metal məmulatlara isə N. Əyyubovun, K. Əliyevin, R. Əyyubovun, H. Əyyubovun, Şaiq və T. Əliyevin əl işləri olan “Sərpuş”, “Məcməyi”, “Çıraq” və s. əsərləri ən gözəl nüçunələrdir.Müəlliflər R. Bağırovun, S. Məmmədovun, C. Bayramlının, Ə.Əliyevanın, N. Sultanovanın, A. Məzairin “Dekorativ bulud”, “Qobustan”, “Həkimdədir”, “Leyli və Məcnun”, “Nizami” kimi əsərləri müasir keramika sənətinin gözəl nümunələrindəndir.T. Qurbanovanın və N. Babayevanın hazırladığı milli gəlinciklərdə Azərbaycan məişətini və geyimlərini, S. Bağırzadənin quru çiçəklərdən hazırlanmış “Zəfəranlıq” kompozisiyasında isə təbiətimizi bacarıqla əks etdiriblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
15:35 30.07.2026
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
13:30 30.07.2026
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
13:05 30.07.2026
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
13:04 30.07.2026
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
13:02 30.07.2026
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR
12:58 30.07.2026
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR