PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib

PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
İQTİSADİYYAT
16:55 19.11.2026
97
PAŞA Bankın təşkilatçılığı ilə "Azərbaycanın yerli investisiya layihələri: beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları vasitəsilə maliyyələşdirmə imkanları” mövzusunda tədbir keçirilib. Tədbirdə ölkənin strateji investisiya layihələrinin maliyyələşdirilməsi, sindikatlaşdırılmış kreditlərdən istifadə imkanları, beynəlxalq maliyyə institutlarının (IFI) və inkişaf maliyyə institutlarının (DFI) bu prosesdə rolu, eləcə də yerli və beynəlxalq maliyyə qurumları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

AZXEBER.COM xəbər verir ki, tədbirin açılışında PAŞA Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev və İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov çıxış ediblər. Çıxışlarda Azərbaycanın investisiya potensialı, ölkədə həyata keçirilən iqtisadi islahatlar və biznes subyektləri üçün uzunmüddətli maliyyələşmə imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

PAŞA Holdinqin qrup üzrə baş iqtisadçısı Elman Eminov "Azərbaycan iqtisadiyyatına baxış” mövzusunda təqdimatla çıxış edərək ölkənin makroiqtisadi inkişaf perspektivləri, investisiya mühiti və iqtisadi artım tendensiyaları barədə məlumat verib. PAŞA Bankın Maliyyə İnstitutları bölməsinin rəhbəri Mirsəyyad Mahmudov isə "Azərbaycanın yerli investisiya layihələri: beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları vasitəsilə maliyyələşdirmə imkanları” mövzusunda təqdimatla çıxış edərək ölkədə planlaşdırılan investisiya layihələrinin maliyyələşdirilməsi imkanlarından bəhs edib.

Tədbirdə iqtisadiyyatın müxtəlif strateji sahələri əhatə edən investisiya layihələri təqdim olunub. AgroDairy şirkətinin qrup üzrə baş maliyyə inzibatçısı Elnur Əliyev "Azərbaycanın ərzaq təhlükəsizliyinə investisiyalar: irimiqyaslı layihələrə ümumi baxış” mövzusunda çıxış edərək şirkətin kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahələrində həyata keçirdiyi layihələr və təşəbbüslər haqqında məlumat verib.

PASHA Real Estate şirkətinin qrup üzrə baş maliyyə inzibatçısı Vüqar Axundov "PASHA Real Estate: fəaliyyət istiqamətləri, inkişaf strategiyası və əməliyyat modeli” mövzusunda təqdimatla çıxış edib.

Azerbaijan Green Energy Company (AGEC) tərəfindən "Bərpa olunan enerji layihələri” mövzusunda təqdimat edilib. Təqdimatda Azərbaycanın yaşıl enerji gündəliyi, həyata keçirilən layihələr və bu sahədə mövcud investisiya imkanları haqqında məlumat verilib.

Tədbirin əsas hissələrindən biri yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanlarına həsr olunmuş panel müzakirəsi olub. PAŞA Bankın Xəzinədarlıq departamentinin direktoru Kamil Allahverdiyevin moderatorluğu ilə keçirilən paneldə LBBW, Nuqi Digital Wealth Ltd, Moonwake Investment və Veysəloğlu Şirkətlər Qrupunun nümayəndələri iştirak ediblər.

PAŞA Bank yerli bizneslərin uzunmüddətli maliyyələşmə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi, beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın gücləndirilməsi və ölkə iqtisadiyyatı üçün əhəmiyyətli investisiya layihələrinin maliyyələşdirilməsinə dəstək istiqamətində fəaliyyətini davam etdirir.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi artır - Daha böyük hədəflər var
17:12 19.11.2026
Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi artır - Daha böyük hədəflər var
Üç liderin razılaşması dünya nizamını necə dəyişəcək? – Politoloqdan AÇIQLAMA
17:11 19.11.2026
Üç liderin razılaşması dünya nizamını necə dəyişəcək? – Politoloqdan AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
17:07 19.11.2026
İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
16:55 19.11.2026
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
16:53 19.11.2026
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Nizami Cəfərov Qocatürkün müdafiəsi üçün Prezidentə müraciət edibmiş – Məktub faciədən sonra yayıldı
16:45 19.11.2026
Nizami Cəfərov Qocatürkün müdafiəsi üçün Prezidentə müraciət edibmiş – Məktub faciədən sonra yayıldı
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib
16:33 19.11.2026
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib
“Xarici rektorlar da Elçin Babayevin təkəbbüründən narazı qalmışdı” - Fərid Şahbazlı
16:24 19.11.2026
“Xarici rektorlar da Elçin Babayevin təkəbbüründən narazı qalmışdı” - Fərid Şahbazlı
Şadlıq sarayı, hotel, restoran, mağaza... – FHN bu il daha nələri bağlayıb?
16:22 19.11.2026
Şadlıq sarayı, hotel, restoran, mağaza... – FHN bu il daha nələri bağlayıb?
Riyaziyyat dərsliklərinin ictimai müzakirəsi keçirildi
16:07 19.11.2026
Riyaziyyat dərsliklərinin ictimai müzakirəsi keçirildi
Liftin qapısı açılana qədər: bir ideyanı 30 saniyədə necə təqdim edək?
16:05 19.11.2026
Liftin qapısı açılana qədər: bir ideyanı 30 saniyədə necə təqdim edək?
Məşhur futbolçu karyerasını bitirdi
16:02 19.11.2026
Məşhur futbolçu karyerasını bitirdi
FHN məşhur mebel mağazasını bağladı: SƏBƏB
15:43 19.11.2026
FHN məşhur mebel mağazasını bağladı: SƏBƏB
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
15:39 19.11.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Rusiya, ABŞ və Çin dünyanı yenidən bölüşdürür? - AÇIQLAMA
15:24 19.11.2026
Rusiya, ABŞ və Çin dünyanı yenidən bölüşdürür? - AÇIQLAMA
Paşinyan niyə istefa verməyi düşünür? - SƏBƏB
15:20 19.11.2026
Paşinyan niyə istefa verməyi düşünür? - SƏBƏB