Penitensiar Xidmətdən Azərbaycandakı cəzaçəkmə müəssisələrində koronavirusun yayılması ilə bağlı AÇIQLAMA

Penitensiar Xidmətdən Azərbaycandakı cəzaçəkmə müəssisələrində koronavirusun yayılması ilə bağlı AÇIQLAMA
SOSİAL
21:26 14.05.2020
1286
Azərbaycanda 33 məhbusda yeni növ koronavirusa (COVID-19) yoluxma aşkar edilib. Bununla bağlı 13 saylı Cəzaçəkmə Müəssisəsi də daxil olmaqla, həbsxanalardakı işçilərdən və məhkumlardan testlər götürülüb.

"Məhkumlar dərhal Penitensiar Xidmətin ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilib, onların müalicəsi üçün tədbirlər görülür, hazırda həkimlərin nəzarətindədirlər”, - deyə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov Media.Az-a bildirib.

Onun sözlərinə görə, epidemiyanın yayılması kontekstində məhkumlarla qohumları arasında görüşlər qadağandır. Video görüşlərə gəlincə, bunlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayıb.

Xatırladaq ki, xüsusi karantin rejiminin tələblərinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq, Penitensiar və tibbi xidmətlər gücləndirilmiş iş rejiminə keçirilib.

Penitensiar Xidmətin nümayəndəsi COVİD-19-un cəzaçəkmə müəssisələrində necə yayılması ilə bağlı suala cavab verməkdə çətinlik çəkib.

Bununla belə, o, həbsxanalarda pandemiyanın yayılmasının qarşısını almaq üçün dezinfeksiya və digər profilaktik tədbirlərin davam etdiyini vurğulayıb.

"Hər gün məhkumların temperaturu ölçülür. Əgər onlardan biri özünü pis hiss edirsə, narahatdırsa və ya xəstəliyin hər hansı ilkin əlamətləri varsa, o, dərhal təcrid olunur və müalicəyə göndərilir”, - deyə M.Sadıqov bildirib.

O, məhkumların adi həyatlarına davam etdiyini, yalnız görüş və  bağlama qəbulunun məhdudlaşdırıldığını vurğulayıb.

M.Sadıqov bununla belə, gəzməyə icazə verildiyini qeyd edib.

"Məhkumlara pul ötürülməsinə gəldikdə, hər bir məhkumun öz bank hesabı var, buradan müəyyən məbləğ köçürmək mümkündür. Sonradan onlar bunu hər bir müəssisədə olan köşklərdə xərcləyə bilərlər. Məsələn, zəruri ehtiyaclarını ala bilərlər”, - deyə Mehman Sadıqov sözlərini yekunlaşdırıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
18:26 23.07.2026
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
Aİ "Google"u 890 milyon avro cərimələyib
18:25 23.07.2026
Aİ "Google"u 890 milyon avro cərimələyib
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
17:53 23.07.2026
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
17:39 23.07.2026
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
17:28 23.07.2026
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
17:25 23.07.2026
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
17:20 23.07.2026
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
16:45 23.07.2026
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
16:27 23.07.2026
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
16:20 23.07.2026
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
16:12 23.07.2026
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
Lökbatanda 100 min kubmetr gücündə sutəmizləyici qurğu tikilir
16:09 23.07.2026
Lökbatanda 100 min kubmetr gücündə sutəmizləyici qurğu tikilir
Bu ərazilərdə qaz olmayacaq
16:04 23.07.2026
Bu ərazilərdə qaz olmayacaq
“Maarifçi” proqramına 5 mindən çox müraciət: 53 namizəd seçildi
15:49 23.07.2026
“Maarifçi” proqramına 5 mindən çox müraciət: 53 namizəd seçildi
Ətin qiyməti niyə od tutub yanır?
15:37 23.07.2026
Ətin qiyməti niyə od tutub yanır?
Autizmli uşaq skuterə görə avtobusdan düşürüldü, “Baku Bus” üzr istədi - VİDEO
15:26 23.07.2026
Autizmli uşaq skuterə görə avtobusdan düşürüldü, “Baku Bus” üzr istədi - VİDEO