Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin açıq məktubunun Vladimir Putinə çatdırıldığını təsdiqləyib.
Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
"Putin Zelenskinin məktubuna qiymət verəcək, bunu gözləmək lazımdır”, — o vurğulayıb.
Bununla yanaşı, Kremlin sözçüsü Rusiya liderinin məktuba reaksiyasını açıqlamaqdan imtina edib.
Qeyd edək ki, Volodimir Zelenski iyunun 4-ü axşam yaydığı açıq məktubda Vladimir Putinə münaqişənin başa çatdırılması üçün üçüncü ölkədə şəxsi görüş keçirməyi təklif edib.











































