"Polisə zibil atmaq öz atana, qardaşına zibil atmaqdır" - Aqil Abbas

SOSİAL
15:26 08.06.2020
2256
Dünyada tüğyan edən COVİD-19 pandemiyası ilə bağlı ölkədə 2 günlük sərt karantin rejimi tətbiq olunub. Bu günlər ərzində Azərbaycan polisi də səfərbər olub. Təəssüf ki, bu 2 gün ərzində polisin qanuni tələbinə riayət etməyən vətəndaşlar da olub. 
 
AZXEBER.COM polisin iki günlük sərt karantin rejimindəki fəaliyyətini dəyərləndirmək üçün millət vəkili Aqil Abbasa müraciət edib.
 
O, açıqlamasında nəinki indi, hər zaman polisin əməyini yüksək qiymətləndirdiyini bildirib: "Azərbaycan polisi Nazirlər Kabineti və nazirin müvafiqə əmrini icra edən orqan nümayəndələridir və bu onların vəzifə borcudur. Azərbaycan polisi sənin qardaşın, atan, əmin oğludur. Dünən onlara kimsə daş atırdısa, üstünə zibil atırdısa, onlar öz atasına, qardaşına və ən əziz adamına qarşı bu hərəkəti etmiş oldular. Polisə daş atmaq, ona əl qaldırmaq dövlətə daş atıb, ona əl qaldırmaq deməkdir".
 
Deputat deyib ki, polisə müqavimət göstərmək yolverilməzdir: "Polis öz vəzifə borcunu yerinə yetirir. Polisin işinə mane olan şəxslər bir saatlıq polisin istifadə etdiyi əlcək və maskanı taxıb, günəşin altında keşik çəksə, dəli ola bilərlər. Buna gücləri çatmaz. Ancaq polis 12 saat günün altında səni qoruyur. Polisə qarşı belə münasibət göstərmək çox pis haldır. Bu hardansa idarə olunan trollar tərəfindən həyata keçirilir. Polis ona müqavimət göstərən şəxsi məcburi şəkildə bölməyə aparmalıdır. Polis vəzifəsini icra edən orqandır. Sosal şəbəkədə polisi təhqir etmək olmaz. Mən polisin işini nəinki sərt karantin rejimində, hər zaman yüksək qiymətləndirmişəm. İki gündə polisin cəkdiyi əziyyəti Allah heç kəsə göstərməsin".
 
Günel Hüseynli

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:47 25.11.2020

Azərbaycanın siyasi partiyaları Fransa Senatının addımına sərt etiraz etdilər

19:45 25.11.2020

Ermənistanın sabiq baş naziri: “Bu, məğlubiyyət deyil, bu darmadağındır”

19:43 25.11.2020

Bu qurumun üzvlərinə xidməti pasport verilməyəcək

19:25 25.11.2020

Bakıda qəza sıxlığa səbəb olub - FOTO

19:16 25.11.2020

Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli adlandırılması təsdiqləndi

18:47 25.11.2020

Xocalının Quşçubaba kəndi Baharlı adlandırıldı

18:38 25.11.2020

"Bütün əsgərlərin toyunu təmənnasız oxuyacam"

18:29 25.11.2020

Azərbaycanda daha 3469 nəfər koronavirusa yoluxdu, 30 nəfər öldü

18:18 25.11.2020

Aparıcı Zaur Baxşəliyev ikinci dəfə ata oldu

18:08 25.11.2020

Bərdə-Ağdam dəmir yolu xəttinin qurulmasına başlanılıb

17:58 25.11.2020

DYP texniki baxışla bağlı müraciət edib

17:56 25.11.2020

Aprel və Tovuz döyüşlərinin iştirakçısı olan baş leytenant Vətən Müharibəsində şəhid oldu - VİDEO

17:43 25.11.2020

Sahibkarlar üçün “İnvoysun maliyyələşdirilməsi” kreditinin şərtləri asanlaşdı

17:40 25.11.2020

“Qalatasaray”ın prezidenti şəhidimizin atası ilə danışdı

17:28 25.11.2020

Nazirlikdən Vətən Müharibəsində çoxsaylı xəsarət alan qazimizlə bağlı - AÇIQLAMA

17:21 25.11.2020

Ağdam, Füzuli və Xankəndi hava limanları Azərbaycan aeroportları kimi beynəlxalq reyestrə daxil edilir - RƏSMİ