Polisin üzərinə benzin tökən avtoxuliqan həbs edilib - VİDEO

Polisin üzərinə benzin tökən avtoxuliqan həbs edilib - VİDEO
SOSİAL
14:08 12.09.2023
727
Abşeronda 27-BV-286 dövlət nömrə nişanlı, "Lada” markalı avtomobilin sürücüsü, 1995-ci il təvəllüdlü Şəmistan Qəmbər oğlu Mirişli yenidən avtoxuliqanlıq etdiyinə görə saxlanılıb.

AZXEBER.COM Qaynarinfo-ya istinadən xəbər verir ki, Şəmistan Mirişli saxlanılan zaman H.Əliyev prospektində idarəsində olan avtomobilin Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən duracağa aparılmasına mane olmaq istəyib.

Hadisə yol polisi əməkdaşı evakuator çağırıb avtomobili cərimə meydançasına aparmaq istəyən zaman baş verib. Yol polisi əməkdaşı əlavə kömək çağırıb. Kömək üçün Post-Patrul Xidməti əməkdaşları hadisə yerinə gəlsələr də, Şəmistan Mirişli yenə avtomobilini çərimə meydançasına aparmağa mane olub.

Polis əməkdaşları avtomobili evakuatora qaldırmaq istəyən zaman Ş.Mirişli maşının yük yerindən ikilitrlik plastik qabda olan benzini götürüb və avtomobilin damına çıxaraq, arxa yük yerinin, polisin və özünün üzərinə töküb. Polis əməkdaşlarına bildirib ki, avtomobilini çərimə meydançasına aparsalar, maşını və özünü yandıracaq. Daha sonra əlində olan alışqanla avtomobilinin üzərinə tökdüyü benzini alışdırıb.

Məhkəmə iclasında məlum olub ki, sürücü avtomobilinin ön dövlət qeydiyyat nişanını açaraq yük yerinə qoyub, bu səbəbdən saxlanılıb. O, radara düşməmək üçün belə bir addım atıb. Şəmistan Mirişli yol polisi əməkdaşlarına qəsdən avtomobilinin ön dövlət qeydiyyat nişanını açdığını və həmişə bu vəziyyətdə idarə etdiyini, bundan sonra da eyni qaydada, yəni ön qeydiyyat nişanı olmadan idarə edəcəyini bildirib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib və 15 gün müddətinə inzibati həbs olunub.

Qeyd edək ki, bu ilin iyul ayında da Şəmistan Mirişli idarə etdiyi 27-BV-286 dövlət nömrə nişanlı "Lada” markalı avtomobili ilə avtoşluq edərkən saxlanılıb və barəsində 15 sutka həbs qərarı verilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
13:09 02.08.2026
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
Sabah hava necə olacaq?
12:55 02.08.2026
Sabah hava necə olacaq?
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
12:48 02.08.2026
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
Nəriman Həsənzadə dəfn olundu -  VIDEO - FOTOLAR
12:34 02.08.2026
Nəriman Həsənzadə dəfn olundu - VIDEO - FOTOLAR
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
12:30 02.08.2026
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
12:24 02.08.2026
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid
12:16 02.08.2026
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
12:07 02.08.2026
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
12:04 02.08.2026
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
12:00 02.08.2026
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
11:55 02.08.2026
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
11:49 02.08.2026
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
11:42 02.08.2026
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
Paşinyan istefa verdi
11:23 02.08.2026
Paşinyan istefa verdi
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
11:03 02.08.2026
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR
11:01 02.08.2026
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR