Prezident Administrasiyasında yüksək vəzifəyə TƏYİNAT

Prezident Administrasiyasında yüksək vəzifəyə TƏYİNAT
SİYASƏT
12:33 15.11.2022
1044
Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektoruna müdir təyin edilib.

AZXEBER.COM xəbər verir ki, bu vəzifəyə "Yüksəliş” müsabiqəsinin qalibi Tural Feyzullayev təyin olunub.

Qeyd edək ki, T.Feyzullayev 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2013-cü ildə Fransanın Tuluz Universitetinin Beynəlxalq və Avropa hüququ üzrə magistr pilləsini, 2014-cü ildə isə həmin Universitetin Beynəlxalq biznes hüququ üzrə magistr pilləsini bitirib.

Tural Feyzullayev əmək fəaliyyətinə 2011-ci ildə "Azərsun Holdinq” MMC-də araşdırma mütəxəssisi kimi başlamış, 2015-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankında hüquq məsləhətçisi kimi davam etdirmiş, 2016-2020-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında hüquqşünas, aparıcı və baş hüquqşünas vəzifələrində, 2018-ci ildən 2020-ci ilədək isə Hüquqi təminat idarəsinin rəisi vəzifəsində çalışıb.

Tural Feyzullayev 2020-2021-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında Hüquq departamentinin direktor müavini – Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin rəisi vəzifəsində işləmiş, 2021-ci ildən etibarən "AccessBank”da Hüquq və komplayens departamentinin rəhbəri vəzifəsində çalışıb.

Tural Feyzullayev Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə 2018-ci ildə "Tərəqqi” medalı ilə təltif edilib, 2021-ci ildə birinci "Yüksəliş” müsabiqəsinin qalibi olub.

O, ingilis və türk dillərini sərbəst, fransız dilini isə yaxşı bilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
​​​​​​​Sığorta ödənişi ilə bağlı YENİLİK - VİDEO
22:22 03.07.2026
​​​​​​​Sığorta ödənişi ilə bağlı YENİLİK - VİDEO
Hakan Fidan suriyalı həmkarı ilə regional vəziyyəti müzakirə edib
22:18 03.07.2026
Hakan Fidan suriyalı həmkarı ilə regional vəziyyəti müzakirə edib
Həyatın daha çox sınağa çəkdiyi 3 bürc
22:10 03.07.2026
Həyatın daha çox sınağa çəkdiyi 3 bürc
Xankəndi Bəyannaməsi qəbul edildi
21:59 03.07.2026
Xankəndi Bəyannaməsi qəbul edildi
Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTOLAR
21:54 03.07.2026
Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTOLAR
Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
21:45 03.07.2026
Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
Məktəblərdə tərbiyə işləri üzrə direktor müavinləri aylıq vəzifə əlavəsindən yararlana bilmirlər - VİDEO
21:37 03.07.2026
Məktəblərdə tərbiyə işləri üzrə direktor müavinləri aylıq vəzifə əlavəsindən yararlana bilmirlər - VİDEO
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
21:26 03.07.2026
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq - Texniki nasazlığa görə
21:19 03.07.2026
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq - Texniki nasazlığa görə
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
21:12 03.07.2026
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
Nazirin müşavirinə yeni vəzifə verildi
21:05 03.07.2026
Nazirin müşavirinə yeni vəzifə verildi
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
20:52 03.07.2026
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR
20:49 03.07.2026
Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
20:44 03.07.2026
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Cinayət işləri ilə bağlı vacib qərar: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
20:36 03.07.2026
Cinayət işləri ilə bağlı vacib qərar: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."
20:28 03.07.2026
Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."