Prezident Araqçını qəbul etdi - Fotolar

Prezident Araqçını qəbul etdi - Fotolar
SİYASƏT
11:34 08.12.2025
183
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZXEBER.COM xəbər verir ki, Azərbaycanla İran arasında əlaqələrin böyük tarixinin olduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, xalqlarımızın əsrlər boyu bir yerdə yaşaması münasibətlərimizə xüsusi önəm verir. Son dövrlərdə əlaqələrimizin fəallaşmasından məmnunluğunu bildirən dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfərinin, həmçinin digər yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərlərinin əməkdaşlığımızın daha da genişləndirilməsinə töhfə verdiyini vurğuladı.

Prezident İlham Əliyev ikitərəfli gündəliyimizin geniş olduğunu və bir çox sahələri əhatə etdiyi deyərək, bütün məsələlər üzrə konkret yol xəritələrinin olduğunu bildirdi.

Hökumətlərarası komissiyanın çox uğurla fəaliyyət göstərdiyini vurğulayan dövlətimizin başçısı bu xüsusda iqtisadi, ticari, nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığa toxundu.

Azərbaycan Prezidenti İran nümayəndə heyətinin səfərinin uğurlu və məhsuldar olacağına əminliyini ifadə etdi.

Qəbula görə təşəkkürünü bildirən Seyid Abbas Əraqçi, ilk növbədə, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırdı. O qeyd etdi ki, İranın dövlət başçısının Prezident İlham Əliyevə və Azərbaycana böyük hörməti var. Qonaq Məsud Pezeşkianın İran Prezidenti seçilməsindən sonra ölkəmizlə əlaqələri daha da inkişaf etdirməklə bağlı tapşırıq verdiyini dedi.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Məsud Pezeşkiana çatdırmağı xahiş etdi.

Seyid Abbas Əraqçi də öz növbəsində Azərbaycan-İran əlaqələrinin dərin köklərə malik olduğunu vurğulayaraq, münasibətlərimizin daha da dərinləşdirilməsinin əhəmiyyətinə toxundu.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
13:22 05.11.2026
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
13:19 05.11.2026
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Leysan, şimşək, dolu - Sabahın havası
13:14 05.11.2026
Leysan, şimşək, dolu - Sabahın havası
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
12:59 05.11.2026
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
12:41 05.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı
12:38 05.11.2026
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı