Prezident İlham Əliyev 'Qaya' otelinin açılışında iştirak etdi

Prezident İlham Əliyev
Bütün Xəbərlər
23:47 20.12.2012
1228

Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qusara səfəri çərçivəsində Şahdağ qış-yay turizm kompleksinə daxil olan “Qaya” otelinin açılışında iştirak etmişdir.AZXEBER.COM-un məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısı İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verdi ki, üçmərtəbəli oteldə xüsusi avtomobil dayanacağı yaradılmışdır.

Burada turistlərin istifadəsinə 26 nömrə veriləcəkdir. Oteldə restoran və fitnes mərkəzi də fəaliyyət göstərəcəkdir. Bu oteldə yaradılan yüksək şərait Şahdağ qış-yay turizm kompleksinin əhəmiyyətini daha da artırır. Digər tərəfdən də bu, ərazidə həyata keçirilən işlərin miqyasını göstərir.Diqqətə çatdırıldı ki, layihənin növbəti mərhələləri çərçivəsində yeni kanat yolları salınacaq, qolf meydançası, müxtəlif klublar, kiçik mehmanxanalar, pansionat, Şahdağ Gənclər Mərkəzi, digər otellər inşa olunacaq, ərazidə at ferması fəaliyyət göstərəcəkdir.

Bildirildi ki, Şahdağ qış-yay turizm kompleksinin birinci mərhələsi üzrə tikinti işləri dövlət tərəfindən maliyyələşdirilir. Tikintiyə nəzarəti Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Şahdağ qış-yay turizm kompleksinin müdiriyyəti həyata keçirir. Kompleksin inşasının növbəti mərhələlərində özəl sektorun da yaxından iştirakı nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev xizəklə sürüşdü, xanımı Mehriban Əliyeva isə motorlu xizəkdə gəzdi.Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ Resort SPA” otelində aparılan tikinti işlərinin gedişi ilə tanış oldular.Məlumat verildi ki, geniş əraziyə malik bu oteldə turistlərin istirahəti üçün bütün lazımi şərait yaradılacaqdır. Oteldə ümumilikdə 173 otaq olacaqdır ki, bunlardan 8-i lüks, üçü isə VİP otaqlardır. Oteldə 8 restoran, üç iclas zalı olacaqdır.Diqqətə çatdırıldı ki, 1825 kvadratmetrlik SPA mərkəzindən əlavə, oteldə fitnes, türk hamamı, masaj otaqları da yaradılacaqdır. Burada tikinti işlərinin 70 faizi artıq başa çatdırılmışdır.Dövlətimizin başçısı növbəti mərhələdə həyata keçiriləcək tədbirlərlə bağlı tapşırıq və tövsiyələrini verdi.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir