Prezident mədəniyyət sahəsinin inkişafına 7 milyon manat ayırdı

Prezident mədəniyyət sahəsinin inkişafına 7 milyon manat ayırdı
SOSİAL
17:50 14.08.2017
1092

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasında mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Azxeber.com-un xəbərinə görə, sərəncam mədəniyyət sahəsinə dövlət qayğısının gücləndirilməsi, mədəniyyət obyektlərinin tikintisi və təmiri işlərinin davam etdirilməsi, habelə bərpa-tamamlama işlərinin sürətləndirilməsi məqsədi ilə imzalanıb. 

Sərəncamda bildirilir ki, Azərbaycanın zəngin və tolerant tarixi irsinin, tarix və mədəniyyət abidələrinin tədqiqi, qorunması və təbliği üçün ölkədə sistemli fəaliyyət həyata keçirilir.

Son illər ərzində mədəniyyət sahəsində böyük investisiya proqramları həyata keçirilmiş, paytaxtda və regionlarda bir sıra mədəniyyət mərkəzləri, teatr binaları, konsert-tamaşa salonları, rəsm qalereyaları tikilib istifadəyə verilmiş, habelə mövcud obyektlərin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində bir sıra işlər görülüb.

Bu sahəyə dövlətin xüsusi qayğısının nəticəsidir ki, milli-mənəvi dəyərlərimizdən olan Novruz bayramı, muğam və aşıq sənətləri, eləcə də xalça sənəti UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə reprezentativ siyahısına daxil edilib, ölkəmiz qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəyə üzv seçilib. Bundan başqa, Azərbaycanın möhtəşəm abidələri Qobustan Milli Tarixi-Bədii Qoruğu və "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.

Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinə 6,987 milyon manat, o cümlədən Bakı şəhəri Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən H.Abbasov adına Mədəniyyət Mərkəzinin tikintisinin və təchizatının tamamlanması üçün 1,272 milyon manat, Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzinin tikintisinin və təchizatının tamamlanması üçün 1,932 milyon manat, Bakı şəhəri Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzinin tikintisinin və təchizatının tamamlanması üçün 1,208 manat, Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 21 nömrəli Musiqi Məktəbinin tikintisinin və təchizatının tamamlanması üçün 1,370 milyon manat və Bərdə şəhərində yerləşən "Allah-Allah” türbəsinin bərpası işlərinin tamamlanması üçün 1,205 milyon manat vəsait ayrılıb.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
20:50 25.06.2026
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı
20:42 25.06.2026
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı
Venesuela XİN rəhbəri Azərbaycana təşəkkür etdi
20:39 25.06.2026
Venesuela XİN rəhbəri Azərbaycana təşəkkür etdi