Prezident məşq zamanı travma aldı

DÜNYA
19:51 06.11.2012
1690
Rusiya prezidenti Vladimir Putinin nə üçün axsadığı məlum olub.Prezidentin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov deyib ki, sentyabrın əvvəlində Vladimir Putinin Vladivostokda keçirilən sammit zamanı axsaması fiziki məşqlə bağlı olub.O, Vladimir Putinin xəstələndiyi barədə mətbuatda yazılanları təkzib edib. Dmitriy Peskov bildirib ki, Vladimir Putin adi idman travması alıb, peşəkar idmanla məşğul olan insanlar da adətən, həftədə bir dəfə belə travma alırlar. Onun sözlərinə görə, Vladimir Putin çəkisindən artıq partnyoru ilə məşq edir.
//Lent.az

OXŞAR XƏBƏRLƏR