Prezident Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında - FOTOLAR

Prezident Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında - FOTOLAR
MANŞET
14:13 10.09.2025
4608
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib.

AZXEBER.COM xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına Yaradıcılıq Evində yaradılmış şərait barədə məlumat verib.

Bildirilib ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən kompleksin ərazisi 3 hektara yaxındır. Burada "suite” və "standart” tipli olmaqla ümumilikdə 43 otaq var. Kompleksdəki 174 yerlik konfrans zalında müxtəlif tədbirlərin, o cümlədən yaradıcılıq gecələrinin, yazıçılarla görüşlərin və digər mədəni tədbirlərin keçirilməsi mümkün olacaq. Burada kinoteatr, kitabxana, qapalı, həmçinin açıq havada restoranlar, kafe, fitnes zonası da fəaliyyət göstərəcək. Eyni zamanda, futbol, tennis və uşaq oyun meydançaları da istirahət edənlərin ixtiyarına veriləcək.

Qeyd edək ki, kompleksin bu cür müasir səviyyədə inşası ölkəmizdə yaradıcı insanların fəaliyyətinə göstərilən dövlət dəstəyinin növbəti təzahürü olmaqla, ilk növbədə, onların istirahətinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət nəticəsində yaradılmış şərait mədəniyyət və incəsənət sahəsində çalışanların fəaliyyətinin daha da canlanmasına səbəb olmaqla yanaşı, bu sahənin inkişafına mühüm töhfə verir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində yaradıcı şəxslərin fəaliyyətinin stimullaşdırılması, onların əməyinə yüksək qiymətin verilməsi, sosial təminatlarının, mənzil-məişət şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür. Bundan başqa, istirahət və yaradıcılıq imkanlarının genişləndirilməsi məqsədilə yaradıcılıq ittifaqlarının, yaradıcılıq evlərinin və sanatoriyaların fəaliyyəti də dövlət səviyyəsində dəstəklənir.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir”
17:30 04.09.2026
“Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir”
Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi
17:29 04.09.2026
Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi
Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər
17:28 04.09.2026
Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər
Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir
17:22 04.09.2026
Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir
İranlı nazir: “Hədəfə alınan zavodların böyük hissəsi bərpa edildi”
17:17 04.09.2026
İranlı nazir: “Hədəfə alınan zavodların böyük hissəsi bərpa edildi”
Göygöldə regional müşavirə keçirildi - FOTOLAR
17:06 04.09.2026
Göygöldə regional müşavirə keçirildi - FOTOLAR
“Qərb mediasında Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır” - ŞƏRH
16:47 04.09.2026
“Qərb mediasında Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır” - ŞƏRH
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
16:31 04.09.2026
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
16:24 04.09.2026
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
Dərmandan zəhərlənmə ölümlə nəticələndi – Nələrə diqqət etməliyik?
16:19 04.09.2026
Dərmandan zəhərlənmə ölümlə nəticələndi – Nələrə diqqət etməliyik?
3 gün yağış yağacaq - Hava ilə bağlı xəbərdarlıq
16:17 04.09.2026
3 gün yağış yağacaq - Hava ilə bağlı xəbərdarlıq
Nərimanovda mənzil axtaranların diqqətini çəkən layihə: Hansı seçimlər təklif olunur?
16:11 04.09.2026
Nərimanovda mənzil axtaranların diqqətini çəkən layihə: Hansı seçimlər təklif olunur?
Nəyin qiymətinin ucuzlaşmasını istəyərdiniz? – VİDEOSORĞU
15:59 04.09.2026
Nəyin qiymətinin ucuzlaşmasını istəyərdiniz? – VİDEOSORĞU
Şuşada qayalara ad yazan turistləri nə gözləyir? – Xaricdə cəzası HƏBSDİR
15:57 04.09.2026
Şuşada qayalara ad yazan turistləri nə gözləyir? – Xaricdə cəzası HƏBSDİR
Niderlanda yeni təyin olunan səfirimiz kimdr? - DOSYE
15:21 04.09.2026
Niderlanda yeni təyin olunan səfirimiz kimdr? - DOSYE
Yeni təyin olunan İsveçrə səfiri kimdir?- Dosye
15:21 04.09.2026
Yeni təyin olunan İsveçrə səfiri kimdir?- Dosye