Prezident “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarında görülən işlərlə tanış oldu - Fotolar

Prezident “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarında görülən işlərlə tanış oldu - Fotolar
SİYASƏT
20:09 11.08.2026
392
Avqustun 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində inşa edilən, ümumi gücü 50 MVt olan "Şəms 1” və "Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar.

AZXEBER.COM xəbər verir ki, energetika naziri Pərviz Şahbazov layihələrlə bağlı dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, 25 MVt-lıq "Şəms 1” layihəsi müəyyən edilmiş bərpaolunan enerji mənbələri ərazisində 52 hektar sahədə həyata keçirilir. "CEİ Naxçıvan” MMC tərəfindən artıq 10 MVt gücündə Günəş panellərinin quraşdırılması başa çatdırılıb. Tikinti-quraşdırma işlərinin bu ilin noyabrında yekunlaşdırılması planlaşdırılır. Şəbəkə infrastrukturunun inşası yekunlaşdıqdan sonra stansiya istismara veriləcək. Hazırda layihənin icrasında 218 nəfər işçi çalışır.

Stansiyanın istismara verilməsindən sonra illik təxminən 57 milyon kilovat-saat elektrik enerjisinin istehsal olunacağı və 19 minə yaxın ev təsərrüfatının enerji ilə təmin ediləcəyi planlaşdırılır. Bununla da ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısı alınacaq və 12 milyon kubmetr təbii qaza qənaət ediləcək.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya "CEİ Naxçıvan” MMC-nin daxil olduğu AGEC şirkətlər qrupunun ölkəmizdə icra etdiyi digər layihələr barədə də məlumat verildi.

Dövlət başçısı və birinci xanım gücü 25 MVt olan "Qərbi Üfüq” Günəş Elektrik Stansiyasında görülən işlərlə də tanış oldular.

Diqqətə çatdırıldı ki, "Enerso” MMC tərəfindən stansiyanın inşası ilə bağlı topoqrafik işlər artıq tamamlanıb, geoloji tədqiqat işləri isə davam edir. Cari ilin sonunadək tikinti işlərinə başlanılması nəzərdə tutulur. Layihənin bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyənləşdirilmiş 50 hektar sahədə həyata keçirilməsi nəzərdə tutulur. Stansiyanın istismara verilməsindən sonra illik təxminən 61 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq və bu, 21 minə yaxın ev təsərrüfatının enerji ilə təmin olunmasına imkan verəcək. Eyni zamanda, ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısının alınacağı və 12 milyon kubmetr təbii qaza qənaət ediləcəyi proqnozlaşdırılır.

Ümumilikdə Naxçıvanda 688 hektar sahə Günəş elektrik stansiyalarının tikintisi məqsədilə bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyən edilib.

Azərbaycanda bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücü 2070 MVt-dır. Bunun da 108 MVt-ı, yəni 5.2 faizi Naxçıvanın payına düşür. "Şəms 1” və "Qərbi Üfüq” stansiyalarının istifadəyə verilməsi ilə bu rəqəm 158 MVt olacaq.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
20:00 06.10.2026
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
19:53 06.10.2026
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
İranda dollar yenidən kəskin bahalaşdı
19:49 06.10.2026
İranda dollar yenidən kəskin bahalaşdı
Azərbaycan və RƏT rəqəmsal transformasiyanın maliyyələşdirilməsini müzakirə edib
19:42 06.10.2026
Azərbaycan və RƏT rəqəmsal transformasiyanın maliyyələşdirilməsini müzakirə edib
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən edib
19:36 06.10.2026
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən edib
CENTCOM ABŞ hərbi helikopterinin Qırmızı dənizdə vurulması xəbərini təkzib edib
19:32 06.10.2026
CENTCOM ABŞ hərbi helikopterinin Qırmızı dənizdə vurulması xəbərini təkzib edib
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
19:29 06.10.2026
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə müzakirələr aparıb
19:10 06.10.2026
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə müzakirələr aparıb
Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib
19:04 06.10.2026
Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib
Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib
19:03 06.10.2026
Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib
Fransada 1 800-dək liseydə etiraz aksiyaları keçirilib
18:56 06.10.2026
Fransada 1 800-dək liseydə etiraz aksiyaları keçirilib
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
18:42 06.10.2026
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal qazanıb
18:39 06.10.2026
Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal qazanıb
ÜST Rusiyada laboratoriya əməkdaşının ölümünü izləyir
18:32 06.10.2026
ÜST Rusiyada laboratoriya əməkdaşının ölümünü izləyir
Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq müzakirə edilib
18:30 06.10.2026
Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq müzakirə edilib
Gürcüstanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
18:22 06.10.2026
Gürcüstanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib