Prezident Tofiq Nağıyevi “Şərəf” ordeni ilə təltif etdi - SƏRƏNCAM

Prezident Tofiq Nağıyevi “Şərəf” ordeni ilə təltif etdi - SƏRƏNCAM
SİYASƏT
22:06 05.03.2021
594
Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Nağıyevin "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında elmin inkişafında böyük xidmətlərinə görə Tofiq Murtuza oğlu Nağıyev "Şərəf” ordeni ilə təltif edilsin.

OXŞAR XƏBƏRLƏR