Putin Azərbaycana verdiyi vədlərə niyə əməl etmir? - Zahid Orucdan açıqlama

Putin Azərbaycana verdiyi vədlərə niyə əməl etmir? - Zahid Orucdan açıqlama
SİYASƏT
16:31 08.01.2026
654
"Rusiya Ukrayna müharibəsində apardığı imperiya siyasətinə xas davranışı AZAL təyyarəsi hadisəsində də təkrarladı. Azərbaycan keçmiş sovet məkanında yerləşən ölkə kimi Rusiya ilə münasibətlərin normal səviyyədə qalmasının tərəfdarı olub”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin AZAL-a məxsus təyyarə qəzası ilə bağlı cinayət işinə xitam verilməsi ilə bağlı Azərbaycana ünvanladığı məktuba münasibət bildirərkən deyib. 

O bildirib ki, Azərbaycan heç vaxt müharibə meydanına çevrilməyib:

"Ölkəmiz üzərində hər hansı şimal və ya cənub əleyhinə platforma yaratmaq, hərbi forposta və ya beynəlxalq qarşıdurma meydanına çevirmək imkanları qeyri-mümkün idi. Azərbaycanın uğurunun əsas səbəblərindən biri Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin toqquşma zonasına çevrilməməsidir. Ukrayna, Gürcüstan və Moldova kimi ölkələr geosiyasi maraqların mübarizə meydanına çevrildiyi halda, Azərbaycan bundan yayınmağı bacarıb”.

Deputat deyib ki, Azərbaycanın siyasətində əsas prioritet regional təhlükəsizlik və milli maraqların qətiyyətlə qorunmasıdır:

"Ölkənin siyasətində əsas prioritet regional təhlükəsizlik və milli maraqların qətiyyətlə qorunmasıdır. Ukrayna məsələsində NATO infrastrukturunun Rusiyaya yaxınlaşması iddia edilirdi və bu, 1990-cı illərdə verilmiş vədlərə zidd addımlar kimi təqdim olunurdu. Vaxtilə NATO rəhbərliyi ABŞ və Böyük Britaniyaya genişlənməyəcəyi ilə bağlı söz vermişdi. Mövcud vəziyyət avroatlantik strukturların Rusiyanı qismən mühasirəyə almaq niyyətində olduğunu göstərirdi. Buna baxmayaraq, Azərbaycan bu mövqelərin qarşısında duraraq, 2022-ci ildə müharibəyə iki gün qalmış Rusiya ilə müttəfiqlik sənədi imzalanmış olsa belə, AZAL təyyarəsinin vurulması həmin sənədin prinsiplərinə zidd oldu. 

AZAL təyyarəsi ilə bağlı hadisə isə göstərdi ki, Rusiya vaxtilə Malayziya təyyarəsinin vurulmasında nümayiş etdirdiyi davranışa bənzər mövqeni bu dəfə də sərgilədi”.

Deputat bildirib ki, Putin vədlərinə əməl etməyib:

"Qəzadan sonra ilk mərhələdə məsuliyyətin ekipajın üzərinə atılması və müxtəlif əsassız versiyaların irəli sürülməsi cəmiyyətdə ciddi narazılıq yaratdı. Putinin bu məsələyə dair verdiyi izahlar isə cəmiyyət üçün vacib mesaj sayılırdı. Ümid var idi ki, günahkarlar cəzalandırılacaq, təzminat ödəniləcək və münasibətlərdə üzrxahlıq mövqeyi seçiləcək. Təəssüf ki, bunlar baş vermədi. Rusiyada şovinist və imperiya düşüncəli dairələrin mövqeyi üstün tutuldu. Bu isə güc qalibiyyət deyil, əksinə zəiflik göstəricisidir. Bu dairələr Azərbaycanın 2020-ci ildən sonra güclənən mövqeyini və regionda yeni siyasi reallıq yaratmasını qəbul edə bilmədiklərini açıq şəkildə göstərdilər. 

AZAL hadisəsi onu da ortaya qoydu ki, Rusiya daxilində bəzi qüvvələr Azərbaycanla soyuq müharibə aparırlar. Sadəcə Ukrayna müharibəsi səbəbilə bunu açıq müstəviyə çıxara bilmirlər. Ölkə rəhbərinin üç gün əvvəl Azərbaycan media nümayəndələrinə verdiyi müsahibədə də vurğulandığı kimi, bizə qarşı sərgilənən təzyiq və qeyri-etik davranışlar neytrallaşdırıldı və buna Azərbaycanın gücü çatır”.

Parlamentari qeyd edib ki, belə davranışlar Rusiyaya daha çox zərər verir:

"Belə davranışlar Rusiyaya daha çox zərər verir. Ermənistanın öhdəlikləri yerinə yetirmədiyi halda Rusiya ilə ticarət dövriyyəsinin kəskin artması sanksiyalardan yayınmanın göstəricisidir. Hadisənin yalnız Aleksandr Bastrıkinin qərarı kimi təqdim olunması düzgün deyil. Bu məsələ daha geniş siyasi iradənin nəticəsidir. Buna görə də məsuliyyəti yalnız Bastrıkinin üzərinə yönəltməklə əsas hədəflərdən yayınmaq olmaz.
AZAL təyyarəsi hadisəsi Rusiya–Azərbaycan münasibətlərində ciddi böhran yaratdı”.

Zahid Oruc vurğulayıb ki, AZAL hadisəsi yalnız lokal bir təyyarə insidenti deyil:

"Donald Tramp Azərbaycan Prezidentini açıq şəkildə yüksək qiymətləndirərək, onu güclü lider kimi təqdim edib, dəfələrlə sosial şəbəkə paylaşımlarında və çıxışlarında Ermənistan-Azərbaycan münaqişəsinin həllində atılan addımları xüsusi qeyd edib. Azərbaycanın adı ABŞ lideri tərəfindən daim müsbət kontekstdə çəkilir və bölgəyə investisiya yatırmağa hazır olduqları bəyan edilir. Rusiya isə vaxtilə "moderatorluq” adı altında Ermənistan üzərində təzyiq göstərməyə çalışırdı. Bu fonda AZAL hadisəsi yalnız lokal bir təyyarə insidenti olmadı — həm siyasi, həm iqtisadi, həm də geosiyasi nəticələr doğurdu. Bu prosesdən daha çox zərər görən tərəf Rusiya oldu. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində olduğu kimi, bu məsələdə də milli iradəni qətiyyətlə ifadə edən lider kimi tarixdə qalmaqdadır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
15:41 18.09.2026
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
15:34 18.09.2026
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
15:30 18.09.2026
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
15:04 18.09.2026
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
14:55 18.09.2026
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Həftəsonunun ən şanslı 4 bürcü
14:40 18.09.2026
Həftəsonunun ən şanslı 4 bürcü
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
14:23 18.09.2026
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
Pezeşkian ABŞ-yə gedir
14:07 18.09.2026
Pezeşkian ABŞ-yə gedir
Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi
13:59 18.09.2026
Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi
İctimai nəqliyyatda sıxlığın qarşısı necə almaq olar – VİDEOSORĞU
13:53 18.09.2026
İctimai nəqliyyatda sıxlığın qarşısı necə almaq olar – VİDEOSORĞU
Konqoda Ebola həyəcanı: Yoluxanların sayı artdı
13:52 18.09.2026
Konqoda Ebola həyəcanı: Yoluxanların sayı artdı
İsmayıllı rayon prokurorluğunda “Açıq Qapı” günü keçirildi - FOTOLAR
13:17 18.09.2026
İsmayıllı rayon prokurorluğunda “Açıq Qapı” günü keçirildi - FOTOLAR
Bakıda bu məktəblər onlayn tədrisə keçir - SİYAHI
13:06 18.09.2026
Bakıda bu məktəblər onlayn tədrisə keçir - SİYAHI
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
12:58 18.09.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü
12:26 18.09.2026
Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü