3 uşaq anası keçmiş sevgilisi tərəfindən öldürüldü

MARAQLI
15:19 05.07.2021
1379
Üç uşaq anası keçmiş sevgilisi tərəfindən boğazından bıçaqlanaraq öldürülüb.
 
AZXEBER.COM HaberGlobal-a istinadən xəbər verir ki, dəhşətli hadisə Türkiyənin İzmir şəhərində baş verib.
 
Üç uşaq anası olan Sevda Çelemoğlu 3 ay əvvəl ayrıldığı Soner Çetin adlı keçmiş sevgilisi tərəfindən boğazından bıçaqlanaraq öldürülüb. Polisə ifadəsində həmin şəxs hadisəni qısqanclıq zəmnində törətdiyini söyləyib.
 
O, qeyd edib ki, Sevda ilə aralarında mübahisə düşüb və sonra özünü itirərək cinayəti törədib.
 
S. Çətin ifadəsində hadisəni xatırlamadığını və özünə gəldikdən sonra təslim olduğunu bildirib.
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR