Qadınlara bu hədiyyələri vermək olmaz

Qadınlara bu hədiyyələri vermək olmaz
MARAQLI
16:28 08.03.2012
3089

Qadınlar üçün hədiyyə seçimi çox da asan məsələ deyil.

Əsl alicənab kişi gül seçməyi bacarmalıdır. Hər şeydən əvvəl, kişilər bilməlidirlər ki, yarları məhz hansı güllərdən xoşlanır. Bunu yalnız onun özündən yox, yaxınlarından, anasından da soruşmaq olar. 

Güllər təzə olmalıdır. Diqqət çəkmək istədiyiniz qıza özü istıməyibsə, əsla dibçək gülü bağışlamayın. Yoxsa sizin "uzunömürlü" gül seçiminiz qadın tərəfindən müxtəlif cür yozula bilər. Axı, qadınlar hər bir şeyin qaranlıq tərəfini də fikirləşirlər, kişilər isə əksinə hər şeyi göründüyü kimi görürlər. Uğursuz hədiyyələr Hədiyyə alarkən bunun sizin üçün yox, onun üçün olduğunu unutmayın. Məsələn, qıza sevdiyiniz kompüter oyununun son versiyasını və yaxud xoşunuza gələn qorxu filmini vermək olmaz. Sizin maraqlarınızın həmişə üst-üstə düşdüyünə ümid etməyin. Hətta o böyük maraqla sizinlə futbola baxırsa belə, bu ona futbol matçı hədiyyə etməyə əsas deyil. Heç bir halda sevdiyiniz qıza ucuz ətir almayın. Yaxşı formada qablaşdırılmış şübhəli ətirin qızın ürəyincə olacağına ümid etməyin. Bəxtinizə ətirdən başı çıxmayan qız düşdüyünü hesab etmək sadəlövhlükdür. Alt paltarı kifayət qədər riskli seçimdir. Birincisi, materialını düzgün seçməyə bilərsiniz. Bəziləri ipək, bəziləri isə poliesterə üstünlük verir. Bundan əlavə, ölçü uyğun gəlməyə bilər. Kiçik ölçüdə olsa, qadın düşünə bilər ki, onun artıq çəkilərini atmasını istəyirsiniz. Bir neçə ölçü böyük büstqalter alsanız, siz onun bir nömrəli düşməni ola bilərsiniz. Heç bir halda qadına onları pis vəziyyətə salacaq hədiyyə almayın. Məsələn, dezodorant və yaxud depilyasiya komplekti. Həmçinin qadına, trenajor aləti və s. almaqla onun özünü pis hiss etməsinə səbəb ola bilərsiniz. Hətta ən özünə inamlı qadın belə fiqurasında porblem olduğunu düşünəcək. Əgər qız özü bunu sizdən istəməyibsə ona ev heyvanı almayın. Qadın nə vaxtsa sizə itdən xoşu gəldiyini desə də bu ona it almaq üçün səbəb deyil. Bu halda siz onun boynuna ev heyvanına baxmaq kimi ağır yük qoymuş olursunuz. Əlbəttə ki, ən pis hədiyyə - onun olmamasıdır. Əgər qız sizə ona heç nə lazım olmadığını desə belə, bu onu hədiyyəsiz qoymağa əsas vermir. Çünki o ürəyində sizdən yenə də sürpriz gözləyir.

/// ANSPRESS

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
18:42 31.07.2026
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
18:26 31.07.2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
18:10 31.07.2026
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
15:51 31.07.2026
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı
15:37 31.07.2026
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı