Qalada evlərin altından su çıxır - Sakinlər NARAHATDIR - VİDEO

Qalada evlərin altından su çıxır - Sakinlər NARAHATDIR - VİDEO
SOSİAL
01:20 06.05.2026
650
Evlərin altından su çıxır...
 
Paytaxtın Xəzər rayonu, Stansiya Qala adlanan ərazidə yaşayan bir qrup sakin "Xəzər Xəbər"in qaynar xəttinə müraciət edib. bildirirlər ki, uzun zamandır onların evlərinin altından mənbəyi bilinməyən su çıxır.
 
 Sakinlər evlərinin altından çıxan suyun çirkli yox, təmiz su olduğunu deyirlər.
 
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, əraziyə müvafiq rayon sukanal idarəsinin qəza brqiadası tərəfindən baxış keçirilib. Ünvanda axıntıya səbəb qrunt suyudur. Hazırda ümumi ərazi üzrə yığılan yağış və qrunt sularının çəkilməsi istiqamətində işlər görülür.
 
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

OXŞAR XƏBƏRLƏR