Bu gün futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin növbəti oyunu baş tutub. AZXEBER.COM xəbər verir ki, mərhələnin ikinci qarşılaşmasında "Qalatasaray" "Rams Park"da "Gənclərbirliyi" ilə üz-üzə gəlib. Həftəsonu Super Liqa çərçivəsində rəqibini 2:1 məğlub edən "cim-bom" bu dəfə Ankara təmsilçisinə "diş keçirə" bilməyib. Qonaqlar 2:0-lıq qələbə ilə "Qalatasaray"ı kubokdan kənarda qoyublar. Fıratcan Uzum və Adama Traorenin qollarıyla "Gənclərbirliyi" adını yarımfinala yazdırıb. "Qırmızı-qaralar"ın yarımfinaldakı rəqibi "Trabzonspor" - "Samsunspor" cütünün qalibi olacaq.