"Qalatasaray"ın qapıçısı millidəki karyerasını bitirir

"Qalatasaray"ın qapıçısı millidəki karyerasını bitirir
İDMAN
19:56 27.10.2021
316
Türkiyənin "Qalatasaray" klubunun qapıçısı Fernando Musleranın Uruqvay millisində karyerasını bitirəcəyi vaxt bəlli olub.

35 yaşlı qolkiper 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından sonra yığmadakı karyerasını sonlandıracaq.

Təcrübəli oyunçu sıx qrafiklə əlaqədar ailəsinə vaxt ayıra bilməməsi ucbatından bu addımı atır.

Qeyd edək ki, Fernando Muslera 2009-cu ildən Uruqvay millisinin formasını geyinir. O, komandanın heyətində 129 qarşılaşmada meydanda olub.
OXŞAR XƏBƏRLƏR