İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf İslam İnqilabı Keşikçiləri Korpusunun müdaxiləsindən sonra istefa verib. AZXEBER.COM bakupost.az-a istinadla xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Məlumata görə, o, danışıqlar qrupunu tərk edib. Qeyd edək ki, Məhəmməd Bağır Qalibaf İranın danışıqlar aparan nümayəndə heyətinə rəhbərlik edirdi.