"Qarabağ" - "Kayrat" oyununun biletləri tükənmək üzrədir

İDMAN
12:24 21.10.2021
147
"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Qazaxıstan "Kayrat"ı ilə keçirəcəyi oyununa satılmış biletlərin sayı açıqlanıb.

Ağdam təmsilçisinin Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, qarşılaşma üçün satışda yalnız 300-dək VİP biletlər qalıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşdə koronavirus pandemiyası ilə əlaqədar arenanın 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Mərkəzi arena 30 000 fanat qəbul edə bildiyindən, matç üçün təqribən 15 000 bilet satışa çıxarılıb.

Qeyd edək ki, bu güm Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlanacaq.

OXŞAR XƏBƏRLƏR