Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycanın "Qarabağ" klubu ilə Norveçin "Molde" klubunun oyunu Kiprin Larnaka şəhərində keçiriləcək.
AzxeberSport xəbər verir ki, Larnaka stadionunda baş tutacaq matç sentyabrın 16-sı Bakı vaxtı ilə 21:00-da start götürəcək.
Qeyd edək ki, Norveç klubu Bakıya gələ bilməyəcəyini açıqlamışdı. UEFA da məhz bu səbəbdən oyunu neytral meydana təyin edib.