“Qarabağ”ın legioneri: “Neftçi” və “Olimpiakos”la matçda formada olmalıyıq”

“Qarabağ”ın legioneri: “Neftçi” və “Olimpiakos”la matçda formada olmalıyıq”
İDMAN
18:44 29.09.2022
462
"Əvvəlcə çempionatda "Neftçi” ilə, daha sonra UEFA Avropa Liqasının qrup mərhələsində Yunanıstanda "Olimpiakos”la üz-üzə gələcəyik. Bu matçlarda yaxşı formada olmaq üçün çalışacağıq”.

AZXEBER.COM xəbər verir ki, bunu "Qarabağ”ın futbolçusu Abdullah Zubir CBC Sport-a açıqlamasında deyib.
31 yaşlı yarımmüdafiəçi mövsüm ərzində bütün oyunlara ciddi hazırlaşdıqlarını və çoxlu məşq etdiklərini bildirib.

Bakıda "Nant”a 3:0 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin II tur qarşılaşmasında fərqlənən təcrübəli oyunçu Fransa təmsilçisinə qol vurmağın xüsusi önəm kəsb etdiyini söyləyib:

"Mən fransalıyam və karyeramın böyük hissəsini orada keçirmişəm. Gəldiyin ölkənin komandasına qol vurmaq hər zaman özəldir. Bu, möhtəşəm hissdir”.

Zubir "köhlən atlar”ın heyətində ən unudulmaz hesab etdiyi oyunu da açıqlayıb:

"Qazaxıstanda "Kayrat”ı 2:1 hesabı ilə məğlub etdiyimiz Konfrans Liqasının qrup matçını qeyd edərdim. Məncə, möhtəşəm qarşılaşma oldu. Çünki komanda tarixində ilk dəfə qrupdan çıxdı. Hava da olduqca soyuq idi. Çətinliklə üç xal qazandıq və pley-offa vəsiqəni təmin etdik. Ən məyus olduğum qarşılaşma isə Çexiyada "Viktoriya” (Plzen) komandasına uduzduğumuz UEFA Çempionlar Liqasının pley-off görüşüdür. Qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində iştirak etməyə yaxın idik. Amma alınmadı”.

2018-ci ildən Ağdam təmsilçisində çıxış edən yarımmüdafiəçi "Qarabağ”a keçidini də xatırlayıb:

"Əvvəl Azərbaycan futbolu haqqında məlumatım yox idi. Burada çıxış edən bir tanışım mənə gəlməyimi tövsiyə etdi. Ölkənizin və şəhərin möhtəşəm olduğunu söylədi. Mən də çox düşünmədim və təklifi qəbul etdim”.

Qeyd edək ki, "Qarabağ” oktyabrın 1-də Azərbaycan Premyer Liqasının VIII turunda "Neftçi”ni qəbul edəcək. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda oktyabrın 6-da Avropa Liqasının qrup mərhələsinin III turunda Yunanıstanda "Olimpiakos”un qonağı olacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Göygöldə “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda konfrans keçirildi - FOTOLAR
17:07 06.10.2026
Göygöldə “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda konfrans keçirildi - FOTOLAR
Bakının 6 rayonunda su kəsiləcək
16:38 06.10.2026
Bakının 6 rayonunda su kəsiləcək
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
16:37 06.10.2026
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
16:33 06.10.2026
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
16:29 06.10.2026
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
16:13 06.10.2026
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
16:10 06.10.2026
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
15:55 06.10.2026
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
15:33 06.10.2026
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
15:18 06.10.2026
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
15:14 06.10.2026
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
15:12 06.10.2026
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
15:08 06.10.2026
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
14:59 06.10.2026
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
14:57 06.10.2026
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
14:50 06.10.2026
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı