Qaxda arvad ərini xəstəxanalıq etdi

Qaxda arvad ərini xəstəxanalıq etdi
KRİMİNAL
23:36 15.01.2020
12704
Qax rayonunda həyat yoldaşı ilə mübahisə edən kişi xəsarət alıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ləkit kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1985-ci il təvəllüdlü Fərrux Əliyev yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edən zaman xəsarət alıb. Döş qəfəsinin kəsilmiş yarası ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olan F.Əliyevə yardım göstərilib, kəsilmiş yaraya tikiş qoyulub və ambulator müayinə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR