"Qazanmaq üçün nələrisə itirmək lazımmış" - Gülər Mübariz yazır

"Qazanmaq üçün nələrisə itirmək lazımmış" - Gülər Mübariz yazır
SOSİAL
18:07 12.07.2023
304
Rəhmanımsan,Rəhimimsən,Rəbbimsən,
Əhədimsən, Rəsulumsan, Kərimsən.
Səlamımsan, qadirimsən,eşqimsən,
Tək ümidim,tək gümanım, pənahım,
Təkcə sənin əsirinəm Allahım!(R.Abbaszadə)

Hər qaranlıq gecənin bir işıqlı gündüzü,hər bağlı qapının bir açılan vaxtı olur.Ya səbir deyə sığındığımız,ətəyindən yapışdığımız iman sahibindən ən gözləmədiyimiz anda nicat gələr.Açar bütün qaranlıq qapı arxasındakı naümid könüllərin yolunu,şəfa verər illərin qaysaq bağlamış yaralarına.Vardır,əlbət,hər Tanrı qulunun bir keçməkeşli həyat hekayəsi;kiminin dərin,kiminin dayaz çuxurlu yollarda irəlilədiyi.Kiminin davam gətirib yaşam mübarizəsində qalib sərkərdə olduğu,kiminin də tab gətirə bilməyib həyat girdabında boğulduğu.

Gülüşü dünyaya işıq saçanlar və ya göz yaşından gülüşü unudanlar…Hər kəsin bir dərdi,ya da dərd dediyi bir sıxıntısı var.Fani dünyanın ucu-bucağı görsənməyən zaman ərəfəsində yaşayırıqsa,fani həyat məfhumuna da alışmalı,mübarizəmizi də ona uyğun aparmalıyıq.Qadın ya kişi ,fərqi yoxdur,insan övladı yaşadığı hər anın mücadiləsini verir əslində.Kimisi savaş halında,kimisi sükut…Çətinlik anlamı gender fərqində deyil,hər kəsə eyni yükdə gəlir;qadın ya kişi.Sadəcə hər kəsin o yükü daşıyacaq qüvvəsi,o ağırlığı üstlənəcək mənəvi gücü yetərli olmur,məncə.Həyatın mənəvi sınağından,tükənmək bilməyən imtahanından üzüağ çıxanlar da olur,əzilib insan olmaqdan çıxanlar da…

Bəs qalib olanlar kimdir?Bunun anlamını necə qavrayırıq?

Həyatda ən bahalı şey təcrübədir, çünki qazanmaq, qalib olmaq üçün itirmək gərəkdir. İtirdiyimiz məfhumlar olsa da onun bizə qazandıran tərəfi də olmuşdur əslində.Təbii ki, itkinin yaşatdıqları anlam olaraq mənfi təsir daşıyır şüurumuzda, fəqət, yaşama ruhuna sahib, uğur və xoşbəxtlik qazanmaq uğrunda qətiyyətli, optimist insanlar bu olanları fürsətə çevirməyi bacarırlar.Bəs necə olur bu?

Uğursuzluqların yaşanmasının səbəbi, hardasa yaşanmış əməlin və hansısa bir xətanın nəticəsi sayıla bilər.Bu isə o deməkdir ki,bu yanlışdan öncə də bir sıra xətalar edilmiş ,çünki dərs götürüləcək bir olay yaşanmamışdır.Bütün məsələnin kökü sayılacaq nəticə burdadır. Dərs verəcək bir olay. Elə bir situasiyaya düşürük ki, hətta həyatın sonunun da gəldiyini düşünə bilirik. 48 yaşında intihar edən, XX əsrin ən böyük şairələrindən biri olan Marina Svetayevanın son qeydlərindən birində dediyi kimi;”Tanrı ,qınama məni,amma sən bu dünyada qadın olmamısan,, Çətinliyin ən ağır dərəcəsinə qədər hər kəs bu anı yaşaya bilər, amma önəmli olan, yaşadıqlarından sonra həyatını geri qazana bilməkdir.Önəmli olan,bu düşüncələrlə yaşamağa başladığın an,müvəffəqiyyət qazandığın an, keçmişə dönüb "Məni xilas edən bu olay oldu” deyə bilməkdir.

Bax o zaman anlayırıq ki, qazanmaq üçün nələrisə itirmək lazımmış. Məğlubiyyəti fürsətə, qazanca, uğura çevirdiyin an əsil qalibiyyətin bu olduğunu anlayırıq.Bu səbəbdən də yaşamış olduğumuz dərin ümidsizlikləri böyük bir ümidə çevirməyi bilməliyik. Yaşadıqları məğlubiyyəti dərs aldıqları bir qalibiyyətə çevirməyi bilənlər həyata bir addım geridən başlayanlar yox,hər kəsdən bir addım irəlidə olanlardır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
15:35 30.07.2026
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
13:30 30.07.2026
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
13:05 30.07.2026
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
13:04 30.07.2026
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
13:02 30.07.2026
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR
12:58 30.07.2026
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR