Qazilər sosial-psixoloji dəstək layihəsinə cəlb olunublar

GƏNCLİK
15:10 22.04.2021
1137
"Böyük Qayıdış” Gənclər Təşkilatı Vətən müharibəsi qazilərinə sosial dəstək tədbirləri çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) dəstəyi və Sosial Xidmətlər Agentliyinin tərəfdaşlığı ilə gənc qazilər üçün sosial-psixoloji dəstək layihəsi keçirib.

AZGF-dan AZXEBER.COM-a bildiriblər ki, tərəfdaş qurumların nümayəndələri, layihənin ekspert və qonaqları, gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə Gənclərin Resurs Mərkəzində baş tutan layihədə 5 gün ərzində 10 görüş təşkil olunub. Bakıda yaşayan və sosial-psixoloji reabilitasiyaya ehtiyacı olan gənc qazilər peşəkar təlimçilərin iştirakı ilə motivasiya, psixoloji dəstək təlimləri və tanınan simaların iştirakı ilə motivasiya xarakterli görüşlərdə iştirak ediblər.

Növbəti mərhələdə layihənin paytaxtla yanaşı, regionlarda da icrası planlaşdırılır.

Həmçinin "Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən qazilərlə bağlı məşğulluq, qeyri-formal təhsil, ixtisasartırma, fərdi inkişaf və asudə vaxtın səmərəli təşkili sahələrində layihələrin keçirilməsi də nəzərdə tutulur.

"Böyük Qayıdış” Gənclər Təşkilatının məqsədi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfər tarixinin gənclər arasında təbliğ edilməsi, Vətən müharibəsi qəhrəmanlarının, şəhid və qazilərinin cəmiyyətdə tanıdılması, işğaldan azad olunmuş torpaqların dirçəldilməsi prosesinə gənclərin səfərbər edilməsi, işğalın fəsadlarının, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması, həmçinin Vətən müharibəsində iştirak edən gənclərin maraqlarının dəstəklənməsi təşkil edir.

Proqrama qoşulmaq və təşkilatın gələcək layihələrində iştirak etmək istəyən gənclər "boyukqayidish.az” saytı və ictimai birliyin sosial media hesabları və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə yarada bilərlər.

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:43 25.09.2021

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

16:42 25.09.2021

Azərbaycanda koronavirusun bu günə olan statistikası

16:29 25.09.2021

Leyla Şıxlinskayanın obyektində olay: İşçisi həbs edildi

16:18 25.09.2021

FHN əhaliyə bu günlərlə bağlı xəbərdarlıq etdi: Qaydalara ciddi riayət edilməlidir

16:15 25.09.2021

Müdafiə Nazirliyinin baş idarə və idarə rəisləri toplanıb - RƏSMİ AÇIQLAMA

16:08 25.09.2021

Putin Qarabağdakı generalı bu səbəbdən geri çağırdı

16:03 25.09.2021

Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı HESABAT

15:57 25.09.2021

Bakıda dəhşətli qətl: “Instagram” parolunu vermədiyinə görə arvadını öldürdü

15:56 25.09.2021

Naxçıvanda Azərbaycan və Türkiyə hərbçilərinin birgə döyüş atışlı taktiki təlimi davam edir - VİDEO

15:49 25.09.2021

Prezident: "Azərbaycan ilə Türkmənistan arasında əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib"

15:26 25.09.2021

Azərbaycan Ordusunda çağırışçıların hərbi hissələr üzrə bölgüsü keçirilib

15:17 25.09.2021

ABŞ Prezidenti: üçüncü vaksinasiya hər kəs üçün pulsuz və əlçatan olacaq

15:09 25.09.2021

Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi MDBMİ-nin Dayanıqlı İnkişaf Mərkəzinin direktoru təyin olundu

15:00 25.09.2021

İƏT-in Komissiyası Ermənistanın Azərbaycan xalqına qarşı cinayətlərinə dair hesabat hazırlayacaq

14:45 25.09.2021

Bakıda öldürülən müğənninin qətlinin təfərrüatı məlum oldu

14:37 25.09.2021

Kriminal dünyada böyük savaş - "Lotu Quli"nin rəqibi sıradan çıxarılır