“Qazilərin çoxuna əlillik sənədini pulla verirlər“ - Kamildən şok ittiham

“Qazilərin çoxuna əlillik sənədini pulla verirlər“ - Kamildən şok ittiham
MAQAZİN
14:01 29.09.2021
961
Artıq Vətən müharibəsinin başlamasından bir il ötür. 2020-ci ilin sentyabrın 27-də başlanan əks-hücum əməliyyatları uğurla başa çatdı. Azərbaycan Ordusu döyüşlərin ilk günündən düşmən üzərində böyük üstünlük qazanaraq, işğalçı qüvvələri torpaqlarımızdan qovmağı bacardı.

Buna baxmayaraq, müharibədə iştirak etmiş bəzi qazilərin problemləri bu günə kimi öz həllini tapmayıb.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış fitness məşqçisi, xeyriyyəçi Kamil Zeynallı bəzən qazilərə haqsızlıq edildiyini bildirib:

"Şikayətlərin çoxsu ondan qaynaqlanır ki, qazi qardaşlarımız öz hüquqlarını bilmirlər. Onlar öz hüquqlarını bilsələr, hara, necə müraciət etmək lazımdır deyə məlumatlı olsalar hər şeyin öhdəsindən gələrlər. Düzdür, bəzən onları incidirlər, dəfələrlə öz gözümlə bunun şahidi olmuşam. Qolu, ayağı olmayan uşaqları incidirlər, get-gələ salırlar. Onlar qohumdan, qonşudan pul tapıb, rayondan Bakıya gəlirlər ki, yoxlanışdan keçib, arayış alsınlar sonra təqaüd üçün müraciət etsinlər, amma bir təqaüd kağızına görə onları çox incidirlər. Ən çox da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ("Papanin”) və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Komissiyasında qaziləri get-gələ salırlar. Ölkə başçısı hər şəraiti yaradıb ki, qazilər, şəhid ailələri əziyyət çəkməsin. Sadəcə bunu icra etməyən, camaatı incidən aşağıdakı məmurlardır. Adam bilmir ki, onların qanı nə qanıdır. bunu nə məqsədlər edirlər? Niyə qolu, ayağı, gözü olmayan adam bu qədər əziyyət çəkməlidir? Ayağında dəmir olan, zorla yeriyən o qədər qazi var ki… Hamısı kasıb kənd uşaqlarıdır, güclə yolpulu tapıb gəlirlər, bir kağızdan ötrü 6-7 dəfə idarəyə getməli olurlar. Onlar nə istəyirlər ki, bircə haqqları olan sənədi istəyirlər, onu alana qədər nələr çəkirlər onu bir Allah bilir. 10-15 günə həll olunası məsələni 3-4 ay uzadırlar”.

İdmançının sözlərinə görə, müharibədən bir il keçməsinə baxmayaraq, hələ də arayışlarını ala bilməyən müharibə iştirakçıları var:

"Müharibədən bir il keçib, amma hələ də təqaüdünü, əlillik sənədini ala bilməyən uşaqlar var. Çoxsundan rüşvət istəyirlər. Deyirlər, "Pul ver sənədini tez verim”. Belə şey olmaz axı. Siz görmürsünüz ki, o adam nə haldadır, necə ondan rüşvət istəyə bilərsiniz? Qazilərin çoxna əlillik qrupunu pulla verirlər. Danışılası söz çoxdur. Dövlət hər cür şərait yaradıb, amma aşağıda vəzifədə oturan "Cırtdan məmurlar” qazilərimizi incidirlər. İnşallah, bu kimi mənfi hallar tezliklə aradan qaldırılar”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də təyyarə mobil evlər parkına çırpılıb, ölənlər və yaralılar var - VİDEO
01:58 02.11.2026
ABŞ-də təyyarə mobil evlər parkına çırpılıb, ölənlər və yaralılar var - VİDEO
ABŞ-də təyyarə qəzasında ölənlərin sayı açıqlandı
01:53 02.11.2026
ABŞ-də təyyarə qəzasında ölənlərin sayı açıqlandı
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
01:48 02.11.2026
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
81 yaşlı Donald Trampın uşaqları necə görünür və nə edirlər
01:43 02.11.2026
81 yaşlı Donald Trampın uşaqları necə görünür və nə edirlər
İran XİN onları terrorçu kimi tanıyıb
01:38 02.11.2026
İran XİN onları terrorçu kimi tanıyıb
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:33 02.11.2026
Bakının bir sıra ərazisində işıqlar sönəcək
IRNA: ABŞ və İsrailin İrana hücumlarına dair sübutlar IMO-ya təqdim edilib
01:28 02.11.2026
IRNA: ABŞ və İsrailin İrana hücumlarına dair sübutlar IMO-ya təqdim edilib
Ukraynadan Rusiyaya qarşı yeni taktika: Hava şarları ilə dronlar buraxılır
01:23 02.11.2026
Ukraynadan Rusiyaya qarşı yeni taktika: Hava şarları ilə dronlar buraxılır
Ebola virusu yayılan ölkələrin sayı artır
01:18 02.11.2026
Ebola virusu yayılan ölkələrin sayı artır
SEPAH: Hörmüz boğazında iki neft tankerində partlayış olub
01:13 02.11.2026
SEPAH: Hörmüz boğazında iki neft tankerində partlayış olub
Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir? - Video
01:03 02.11.2026
Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir? - Video
Rəsmi Tehran: ABŞ ilə mümkün yeni müharibə əvvəlkindən daha uzun çəkə bilər
00:58 02.11.2026
Rəsmi Tehran: ABŞ ilə mümkün yeni müharibə əvvəlkindən daha uzun çəkə bilər
Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir?
00:53 02.11.2026
Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir?
Dallasda atışmalar nəticəsində ölən və yaralananları sayı açıqlandı
00:48 02.11.2026
Dallasda atışmalar nəticəsində ölən və yaralananları sayı açıqlandı
Hörmüz boğazındakı sualtı kabellərə hücum Azərbaycana necə təsir edəcək? - Video
00:43 02.11.2026
Hörmüz boğazındakı sualtı kabellərə hücum Azərbaycana necə təsir edəcək? - Video
İcbari tibbi sığorta paketinə yeni dərmanlar daxil edilir - VİDEO
00:38 02.11.2026
İcbari tibbi sığorta paketinə yeni dərmanlar daxil edilir - VİDEO