Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Xalq artisti, Prezident mükafatçısı, Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru Gülbacı İmanova ilə Mədəniyyət Komitəsində görüşüb, onu 65 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:
"Hörmətli Gülbacı xanım,
Sizi - Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru olan Xalq artistimizi 65 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni sənət uğurları diləyirik!
Siz uzun müddətdir, sənətlə yanaşı, pedaqoji və elmi fəaliyyətlə də məşğulsuz - Bakı Musiqi Akademiyasının "Dirijorluq" kafedrasının professorusuz.
Sizi Mədəniyyət Komitəsi üzvləri adından bir daha təbrik edir, yeni-yeni uğurlar arzulayıram"!
Xalq artistinə Komitə adından Təbrik Məktubu təqdim edilib.
Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru Gülbacı İmanova səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.