Qənirə Paşayeva: "Həftə sonlarında küçəyə çıxmanın qadağan olunması vacibdir"

Qənirə Paşayeva: "Həftə sonlarında küçəyə çıxmanın qadağan olunması vacibdir"
SOSİAL
11:40 04.06.2020
1245
"Son yoluxma sayını nəzərə alsaq, artıq həftə sonlarında küçəyə çıxmağın, ictimai və fərdi nəqliyyat vasitələrinin hərəkətinin qadağan edilməsi bir zərurətdir”.

AZXEBER.COM xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

O bildirib ki, buna səbəb son günlər yoluxan və sağalan insanlar arasında fərqin kəskin artmasıdır: "Hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olurdu. Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı artıq başlanmışdı. Ancaq sərt karantin rejiminin yumşaldılmasından sonrakı dövrdə insanların çoxu TƏBİB-in açıqladığı metodiki göstərişlərə əməl etmədi, ictimai nəqliyyatda, qapalı məkanlarda tibbi maska taxmadı, sosial məsafəni gözləmədi. Vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminin tələblərinə ciddi əməl etməməsinə görə yoluxan və sağalanlar arasında kəskin fərq yaranıb, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təkliflər hazırlanıb. Dünən Operativ Qərargahın birifinqində karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı deyilənlər də məhz bu laqeydliyin nəticəsidir. Unutmamalıyıq ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah infeksiyanın Azərbaycanda qeydə alındığı gündən məqsədyönlü fəaliyyət göstərib. Sərt karantin rejiminin mərhələlərlə yumşaldılmasına başlanan müddətədək yoluxmanın və itkinin minimuma endirilməsi, eyni zamanda bu dövrdə ölkənin tibb müəssisələrinin bu sahədə yüksək səviyyəli kadrlarla və texniki avadanlıqlara təchizatı təmin edilib, laboratoriyalar yaradılıb".

Q. Paşayeva deyib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq görülən işlər, əldə edilən uğurlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilib, Azərbaycan nümunəvi ölkə kimi qeyd olunub: "Dövlət üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib və bu gün də yerinə yetirməkdədir. Bundan sonrakı mərhələdə əsas həlledici amil vətəndaş məsuliyyəti idi. Nəzərə alınmalıdır ki, bu virus hələ bizim aramızdadır və insanlar bu virusla yaşamağı öyrənməlidir. Çünki virusla bağlı vaksinin nə zaman hazır olacağı bilinmir. Buna görə də insanlar məsuliyyətini dərk etməli və TƏBİB-in metodiki göstərişlərini maksimum əməl etməyə çalışmalıdır. Çünki cəmiyyətin uzun müddət sərt karantin rejimində yaşaması mümkün deyil. Buna görə də bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da müxtəlif sahələrlə bağlı metodiki göstərişlər təsdiqlənib, qaydalar müəyyənləşib. Buna uyğun olaraq da mərhələli sərt karantin rejiminin yumşaldılmasına başlanmışdı. Bu sadə tələblərə riayət etmək,  ictimai nəqliyyatda, qapalı məkanlarda tibbi maska taxmaq, sosial məsafəni gözləmək bu virusdan qorunmağın ən asan və rahat yoludur. Ancaq xüsusən sərt karantin rejiminin yumşaldılması ilə bağlı son qərardan sonra  təəssüf ki, maska taxılmaması, sosial məsafəni gözlənilməməsi meylləri artıb.  Digər tərəfdən bayram günlərində insanların laqeydliyi nəticəsində yoluxmaların sayında nəzərəçarpacaq artım, yoluxanların sayının sağalanların sayından çox olması qeydə alındı”.

Deputat qeyd edib ki, dünənki birifinqdə Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsinin həftə sonları COVİD-19-a daha çox yayılmanın qeydə alındığı Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində, Abşeron rayonunda küçəyə çıxmanın məhdudlaşdırılması təklifini dəstəkləyir: "Hər bir vətəndaşın təhlükəsizliyinin qorunması və infeksiyanın nəzarətdən çıxmaması üçün həftə sonlarında küçəyə çıxmanın qadağan olunması vacibdir. Hər birimizin arzusu bu addımlar nəticəsində epidemioloji vəziyyətdə dəyişmələrin müsbət tendensiyalara dönməsi və yenidən yumşalmanın davam etdirilməsidir. Həftə sonları tam qapanma vətəndaşların sağlamlığının qorunması məqsədi daşıyır. Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin ölkəmizdə istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığının olmamasına xidmət edir. Prezident İlham Əliyevin dünən Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş şəxsi məsuliyyətini hiss etməli, Operativ qərargahın tələb və tövsiyələrinə riayət etməlidir”. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
17:22 20.10.2026
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
17:22 20.10.2026
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
17:06 20.10.2026
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
16:55 20.10.2026
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
16:52 20.10.2026
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
16:44 20.10.2026
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
16:32 20.10.2026
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
16:28 20.10.2026
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
16:25 20.10.2026
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
16:18 20.10.2026
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı
16:12 20.10.2026
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı
Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı
16:12 20.10.2026
Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı
Prezident sərəncam imzaladı
15:56 20.10.2026
Prezident sərəncam imzaladı
Nəsimi Musayev Ermənistanda belə həbs olunub - VİDEO
15:52 20.10.2026
Nəsimi Musayev Ermənistanda belə həbs olunub - VİDEO
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi bəyanat yaydı
15:43 20.10.2026
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi bəyanat yaydı
İsveç səfiri Hikmət Hacıyevlə görüşdü
15:40 20.10.2026
İsveç səfiri Hikmət Hacıyevlə görüşdü