Qənirə Paşayeva “Molla Nəsrəddin” ensiklopediyasının təqdimatında təkliflərlə çıxış etdi

Qənirə Paşayeva “Molla Nəsrəddin” ensiklopediyasının təqdimatında  təkliflərlə çıxış etdi
MƏDƏNİYYƏT
17:09 05.05.2021
808
Qənirə Paşayeva "Molla Nəsrəddin” ensiklopediyasının təqdimatında  təkliflərlə çıxış etdi
 
AZXEBER.COM xəbər verir ki, Ədəbiyyat tarixi janrında hazırlanan, baş redaktoru akademik İsa Həbibbəyli, məsul redaktoru fil.f.d. Gülbəniz Babayeva, tərtib edən və çapa hazırlayanı fil.e.d.prof. Vüqar Əhməd, koordinator fil.f.d. Mehman Həsənli olan "Molla Nəsrəddin" ensiklopediyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə "onlayn” təqdimatı keçirilib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva "onlayn” təqdimatda çıxış edərək vurğulayıb ki, "uzun illərdir Molla Nəsrəddin ədəbi məktəbini araşdıran hörmətli akademikimiz İsa Həbibbəylinin, digər mollanəsrəddinşünasların bu istiqamətdə araşdırmalarının məntiqi nəticəsi kimi meydana çıxan "Molla Nəsrəddin Ensiklopediyası” ədəbiyyatşünaslığımızda önəmli hadisədir. İlk dəfə olaraq "Molla Nəsrəddin” jurnalının ensiklopediyası hazırlanıb, nəşr  edilib. Akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində nəşrə hazırlanmış, akademik İsa Həbibbəylinin ümumi redaktəsi ilə işıq üzü görmüş ensiklopediya Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilib. Ensiklopediya adının, başqa sözlə, ensiklopediya təyinatının mahiyyətinə uyğun olaraq hazırlanmış nəşr, "Molla Nəsrəddin” jurnalının bütün sahələrini ardıcıllıqla və ətraflı şəkildə əhatə edən biliklər dairəsi, məlumatlar toplusudur. Molla Nəsrəddin jurnalını bütünlüklə lüğət şəklində sistemə cəlb edən ensiklopediya, bu sahə üzrə yığcam məlumat verən elmi nəşr kimi yüksək dəyərə layiqdir. Ensiklopediya öz məzmununa görə yalnız sahə ensiklopediyası olmaqda qalmayıb, universal-milli ensiklopediya kimi də təqdim edilə bilər.

Nəşrin hazırlanmasında akademiklər, professorlarla yanaşı, Mehman Həsənli, Gülnar Qasımlı, Təhminə Vəliyeva kimi gənc tədqiqatçıların da iştirakı təqdir edilməlidir. "Molla Nəsrəddin” ensiklopediyası "Molla Nəsrəddin” ədəbi məktəbinin ensiklopediyasıdır, Mirzə Cəlil ensiklopediyasıdır, bütün mollanəsrəddinçilərin çoxcəhətli əməli fəaliyyətinin ensiklopediyası dəyərindədir. Bu nəfis kitab, öz əhatə dairəsi, həcmi, poliqrafiyası və digər parametrləri ilə birgə qiymətli bir vəsaitdir. Nəşrdə əsas mətnlərlə yanaşı, "Əlavələr” bölməsi də maraq kəsb edir: burada "Molla Nəsrəddin” jurnalının nəşr olunduğu ünvanlar, mətbəələr, jurnalın redaktorları, habelə, mollanəsrəddinçilərdən söz açan doktorluq və namizədlik dissertasiyalarının, gün üzü görən kitabların siyahısı və s. haqqında bilgilər verilib.

Ensiklopediyada "Molla Nəsrəddin” jurnalının nəşrə başlaması, o dövrün gerçəklikləri, jurnalın tənqid hədəfləri, jurnalın əleyhinə çıxanlar, kollektivin üzləşdiyi çətinliklər, mollanəsrəddinçilərin mövhumatla, cəhalətlə mübarizəsi, jurnalın gün üzü gördüyü dövrlərdə ölkə, region və dünyada cərəyan edən tarixi, ictimai-siyasi hadisələr, o cümlədən I Dünya müharibəsi dövrü – bütün bunların jurnalın mətn-mündəricəsinə, müəlliflərin yaradıcılığına təsirləri sistemləşdirilib, jurnalı yaradanlarla yanaşı, jurnalda məşhurlaşanlar, belə demək olarsa, jurnalın yetişdirdikləri, jurnalın təsirləri, dil məsələsi, qadın azadlığı məsələsi, jurnalın Tiflis, Təbriz və Bakı dövrü və s. kimi mövzuları universal şəkildə əhatə edilib.

Azərbaycan peşəkar satirik mətbuatının əsasını qoyan və ədəbi məktəb yaradan "Molla Nəsrəddin” jurnalı 25 illik fəaliyyəti ilə türk-müsəlman dünyasında, Yaxın Şərqdə geniş yayılmaqla xalqların azadlıq, dövlət müstəqilliyi, demokratiya uğrunda mübarizəsində özünəməxsus yerə və rola malikdir. Azərbaycan ədəbi-ictimai fikrinə yeni üslub, yeni baxış və düşüncə tərzi gətirməklə yanaşı, demokratik ictimai fikrin təkamülünə, satirik mətbuatın, satira ədəbiyyatının inkişafına güclü təsir göstərib. Heç təsadüfi deyil ki, milli və bəşəri dəyərləri özündə universal şəkildə təcalla etdirən "Molla Nəsrəddin” jurnalı bir çox cəhətləri ilə çağdaş dövrümüzdə də aktual görünür və xalqın söz xəzinəsinə rəng qatır.

İlk buraxılışından (07 aprel 1906, Tiflis) 115, Təbrizdə nəşrə başlamasından (1921) 100, Bakıda son sayının gün üzü görməsindən (1931) 90 il keçən "Molla Nəsrəddin” jurnalı üçün əlamətdar olan 2021-ci il, bu ensiklopediyanın təqdimatı ilə süslənmişdir. "Molla Nəsrəddin” ensiklopediyasının bütün mollanəsrəddinçilərin ruhunu şad edəcəyinə inanıram.

Fürsətdən istifadə edərək, ensiklopediyanın araya-ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürümü yetirir, yeni yaradıcılıq uğurları diləyirəm!”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Pakistana başsağlığı verdi
17:32 26.08.2026
Azərbaycan XİN Pakistana başsağlığı verdi
Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır: İqtisadçı səbəbini açıqladı
17:30 26.08.2026
Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır: İqtisadçı səbəbini açıqladı
“Bank Respublika” və “Sabah” - Uğura aparan uzunmüddətli tərəfdaşlıq
17:26 26.08.2026
“Bank Respublika” və “Sabah” - Uğura aparan uzunmüddətli tərəfdaşlıq
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib
17:17 26.08.2026
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib
Vaqif Cavadov “Tvente”nin heyətini ziyarət etdi – FOTO
17:15 26.08.2026
Vaqif Cavadov “Tvente”nin heyətini ziyarət etdi – FOTO
Hər gün saqqız çeynəyirsinizsə... – Bu problemlə üzləşə bilərsiniz
17:11 26.08.2026
Hər gün saqqız çeynəyirsinizsə... – Bu problemlə üzləşə bilərsiniz
Niyə bəzi insanlar pul qoxusunu sevir – Bunun səbəbi nədir?
17:08 26.08.2026
Niyə bəzi insanlar pul qoxusunu sevir – Bunun səbəbi nədir?
Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib
16:58 26.08.2026
Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib
Balakəndə avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var
16:53 26.08.2026
Balakəndə avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var
“Sabah” klubu Prezidentə təşəkkür etdi
16:44 26.08.2026
“Sabah” klubu Prezidentə təşəkkür etdi
Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
16:41 26.08.2026
Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
Məzuniyyətdən qayıtdıqdan sonra işə necə uyğunlaşmaq olar?
16:22 26.08.2026
Məzuniyyətdən qayıtdıqdan sonra işə necə uyğunlaşmaq olar?
Hər gün bunu geyinirsinizsə... - Sağlamlığınıza ziyandır
16:17 26.08.2026
Hər gün bunu geyinirsinizsə... - Sağlamlığınıza ziyandır
Qazlı içkinin görünməyən tərəfi: Bədənimizə nə edir?
16:13 26.08.2026
Qazlı içkinin görünməyən tərəfi: Bədənimizə nə edir?
Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz
16:09 26.08.2026
Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz
Qulağınızı deşdirməzdən əvvəl bunları bilməlisiniz – İnfeksiya və çapıq riski
15:57 26.08.2026
Qulağınızı deşdirməzdən əvvəl bunları bilməlisiniz – İnfeksiya və çapıq riski