"Qərb Əli Kərimlinin həbs olunmasını siyasi manipulyasiya predmetinə çevirir"

"Qərb Əli Kərimlinin həbs olunmasını siyasi manipulyasiya predmetinə çevirir"
SİYASƏT
14:25 08.12.2025
768
"Qərb, xüsusilə də Avropa İttifaqı institutları və Avropa Şurası Parlament Assambleyasında təmsil olunan bir sıra deputatlar öz merkantil maraqları ilə Avropa siyasətinə zərbə vururlar”.

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında deputat Vüqar İskəndərli deyib. 

O bildirib ki, Azərbaycana qarşı zaman-zaman qərəzli bəyanatlar olur:

"2020-ci il Qarabağ müharibəsində qazandığımız zəfərdən əvvəl və sonra da Qərbdən kifayət qədər qərəzli bəyanatların və sənədlərin qəbul olunduğunun şahidi olmuşuq. Bu sənədlərin heç biri ciddi təsir göstərə bilmir və göstərə bilməz də. Azərbaycan artıq öz suverenliyini tam təmin edib, müharibənin qalibi olaraq böyük zəfər qazanıb. Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələrindən biri kimi nüfuzunu durmadan artırmaqdadır. Ölkə başçımız cənab İlham Əliyevin qlobal liderlər sırasında mövqeyi möhkəmlənib və o, ən çox hörmət olunan, nüfuzlu liderlərdən biridir”.

Parlamentari qeyd edib ki, bəzi qüvvələr Əli Kərimli və digər şəxslərin həbs olunmasını siyasi manipulyasiya predmetinə çevirirlər:

"Son zamanlar dövlətin daxili işlərinə və baş verən proseslərə təsir etməyə çalışan, siyasi oyunbazlıq və manipulyasiya ilə məşğul olan müəyyən qüvvələr var. Əli Kərimli və digərlərinin həbs olunmasını qabartmaqla hələ də təsir imkanlarını qorumağa cəhd edirlər. Onların həbs olunmasını siyasi manipulyasiya predmetinə çevirirlər”.

Deputat vurğulayıb ki, Qərb dairələrində hələ də selektiv yanaşma mövcuddur:

"Ermənistanda hakimiyyət tərəfindən siyasətçilərə və digər şəxslərə qarşı total hücumlar həyata keçirilir. İnsan haqlarının kobud şəkildə pozulması, siyasətçilərin həbs edilməsi, kütləvi tədbirlərə qoyulan qadağaların sürətlə artması müşahidə olunur. Amma Ermənistana qarşı Avropa təsisatlarından ciddi bir reaksiyanın verildiyini görmürük.  Azərbaycan isə dövlətə xəyanətdə ittiham olunan şəxsləri həbs etdikdə həmin dairələr dərhal "demokratiya” və "insan haqları”nı dilə gətirərək bar-bar bağırırlar. Azərbaycan hər dəfə bu kimi məsələlərdə qalib mövqe nümayiş etdirib. Bir daha bəyan edirik ki, bu cür riyakar çıxışların heç bir məna və təsiri yoxdur. 

Avropa təsisatları Azərbaycanla münasibətlərinə xələl gətirməmək üçün bu kimi məsələlərdə daha diqqətli olmalıdırlar”, deyə deputat əlavə edib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
13:22 05.11.2026
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
13:19 05.11.2026
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Leysan, şimşək, dolu - Sabahın havası
13:14 05.11.2026
Leysan, şimşək, dolu - Sabahın havası
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
12:59 05.11.2026
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
12:41 05.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı
12:38 05.11.2026
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı