Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
DÜNYA
18:17 20.04.2026
411
Qətər xarici aviaşirkətlərin Dohadakı Hamad Beynəlxalq Hava Limanı vasitəsilə ölkəyə uçuşlarının mərhələli şəkildə bərpa olunduğunu açıqlayıb.

Bu barədə Qətər Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Məlumata görə, qərar "mövcud vəziyyətin hərtərəfli qiymətləndirilməsi və bütün aidiyyəti qurumlarla koordinasiya nəticəsində” qəbul edilib.

Bildirilib ki, bütün reyslər və əlaqəli əməliyyatlar beynəlxalq təhlükəsizlik standartlarına uyğun şəkildə həyata keçiriləcək, sərnişinlərin və personalın təhlükəsizliyi üçün zəruri ehtiyat tədbirləri tətbiq olunacaq.

OXŞAR XƏBƏRLƏR