Qətərin Baş naziri: ABŞ və İran arasında müharibəyə son qoymaq vəziyyətinə çatmışıq

Qətərin Baş naziri: ABŞ və İran arasında müharibəyə son qoymaq vəziyyətinə çatmışıq
DÜNYA
17:38 22.06.2026
351
ABŞ və İran prezidentləri arasında imzalanmış anlaşma memorandumu müharibənin dayandırılmasına şərait yaradıb.

Bunu Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani "Al Jazeera" telekanalına müsahibəsində bildirib.

"ABŞ və İran prezidentləri tərəfindən imzalanmış anlaşma memorandumu ilə biz müharibənin dayandırılması mərhələsinə çatmışıq”, – Əl Tani deyib.

Qətərin Baş naziri qeyd edib ki, Vaşinqton və Tehran arasında əldə olunmuş ilkin razılaşma Pakistanla birgə aparılan səylər, eləcə də regional və beynəlxalq dəstək sayəsində mümkün olub: "Vaşinqton və Tehran arasında ilkin razılaşma Pakistanla tərəfdaşlıq çərçivəsində böyük səylər və regional, beynəlxalq dəstək nəticəsində əldə edilib. Məqsəd danışıqlar üçün uyğun şərait yaratmaq idi”.

Əl Taninin sözlərinə görə, memorandumun əsas məqsədi müharibəni dayandırmaq və gələcək danışıqlar üçün zəmin formalaşdırmaqdır: "ABŞ və İran arasında müzakirə olunan digər mövzular İranın nüvə dosyesi, Hörmüz boğazının statusu və regional təhlükəsizlik məsələləridir”.

Qətərin Baş naziri əlavə edib ki, ilkin razılaşma gələcək danışıqlar prosesinin davam etdirilməsi üçün institusional çərçivə yaradır.
OXŞAR XƏBƏRLƏR