“Qırmız Ürəklər” Fondu və “Ahbap Derneği” arasında əməkdaşlıq memorandumu imzalandı

“Qırmız Ürəklər” Fondu və “Ahbap Derneği” arasında əməkdaşlıq memorandumu imzalandı
İQTİSADİYYAT
10:38 21.02.2023
494

Bildiyiniz kimi, 6 fevral tarixində Türkiyənin müxtəlif bölgələrində çoxsaylı insan tələfatı ilə nəticələnən silsiləli zəlzələlər qeydə alınıb. Dəhşətli təbii fəlakət nəticəsində zərərçəkmiş şəxslərə dəstək məqsədilə Kapital Bank tərəfindən yaradılan Qırmızı Ürəklər Fondu "Türkiyə üçün bir ürək olaq!" adlı ianə toplanılması aksiyasına start verib.

Bu aksiyanın davamı olaraq "Qırmızı Ürəklər" Fondu ilə "Ahbap Derneği" arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb.İmzalanma mərasimində "Qırmızı Ürəklər" Fondunun idarə heyətinin üzvləri Sevda Haqverdiyeva və Yusif Poladov, həmçinin "Ahbap Derneği" idarə heyətinin üzvləri Haluk Levent və Hüseyin Küçük iştirak edirdi.

Əməkdaşlıq memorandumunun imzalanmasından əvvəl çıxış edən fondun prezidenti Sevda Haqverdiyeva Türkiyədə baş verən zəlzələ nəticəsində zərər çəkən şəxslərə dəstək göstərmək məqsədilə "Türkiyə üçün bir ürək olaq" aksiyasından danışdı. 10 gün ərzində 26 000 nəfərdən artıq ianəçi tərəfindən toplanan 600 000 manatdan artıq vəsait "AhbapDerneği"nə ianə ediləcək.

Daha sonra çıxış edən Haluk Levent Türkiyə-Azərbaycan qardaşlığından söz açdı. Bu müddət ərzində göstərilən dəstəyə, humanitar yardımlara görə Azərbaycana, bu aksiyanı başlatdığı üçün fonda və bütün Azərbaycan xalqına öz təşəkkürlərini bildirdi.

 

Qeyd edək ki, memorandum çərçivəsində ictimai və sosial əhəmiyyətli birgə layihələrin həyata keçirilməsini, zəlzələ və ya digər təbii fəlakət zamanı əziyyət çəkən əhaliyə qayğı göstərilməsi istiqamətində tədbirlərin görülməsi, birgə xeyriyyə layihələrinin təşkil edilməsi nəzərdə tutulub.

"Qırmızı ürəklər" 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.azsaytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?