“Qırmızı Ürəklər” Fondunun dəstəyi ilə Gənc Qan Donorlarının III Ümumrespublika Forumu baş tutdu

“Qırmızı Ürəklər” Fondunun dəstəyi ilə Gənc Qan Donorlarının III Ümumrespublika Forumu baş tutdu
İQTİSADİYYAT
12:04 07.04.2022
394

"Qırmızı Ürəklər" (RedHearts) Fondunun, Qan Donorları Assosiasiyasının, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Fairmont Hotelinin və Mərkəzi Qan Bankının birgə tərəfdaşlığı ilə 6 aprel 2022-ci il tarixində Fairmont hotelində Gənc Qan Donorlarının III  Ümumrespublika Forumunun rəsmi açılış mərasimi keçirilib.

Forumun məqsədi Respublikada qan donorluğunun inkişafına dəstək, gələcək nəslin qorunması və eyni zamanda irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların sağlamlığının bərpası üçün qan donorluğu istiqamətində cəmiyyətin maarifləndirilməsidir.

Forumda Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, "Qırmızı Ürəklər" Fondunun vitse-prezidenti Yusif Poladov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Mərkəzi Qan Bankının müdir müavini Xəyalə Qafarova, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov, millət vəkili İlham Məmmədov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək, Forumun əhəmiyyətindən, ölkə ictimaiyyətinin diqqətini bir daha adı çəkilən sahəyə yönəltməklə qan vermənin faydalarını daha geniş auditoriyaya çatdırılmasınınvacibliyindən danışdılar.

Forum çərçivəsində paytaxtdan və regionlardan seçilmiş 30 nəfər gənc "Könüllü donor şəbəkəsinin" qurulması mövzusunda  təşkil olunan 3 günlük təlimlərdə iştirak ediblər. Gənclər arasında yaradılan kommunikasiya və aldıqları təlimlər imkan yaradacaq ki, ölkədə qan donorluğu istiqamətində mobil könüllü qruplar olaraq fəaliyyət göstərsinlər.

Qeyd edək ki, "Qırmızı Ürəklər" Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.azsaytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb