Qlobal təhsil təcrübələrini birləşdirən “Yeni çağırışlar” kitabı təqdim edildi

Qlobal təhsil təcrübələrini birləşdirən “Yeni çağırışlar” kitabı təqdim edildi
SOSİAL
12:23 23.04.2026
206
ADA Universitetində "Yeni çağırışlar” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, tanınmış ziyalılar, ictimai xadimlər, məktəb direktorları, müəllimlər və digər qonaqlar iştirak ediblər. 

"Yeni çağırışlar” kitabının müəllifi, "T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsimi salamlama nitqi ilə çıxış edərək bildirib ki, kitabda dünyanın aparıcı təhsil mütəxəssisləri ilə aktual mövzuları əhatə edən müsahibələr yer alır. Cəfər Mənsiminin sözlərinə görə, geniş oxucu kütləsi üçün nəzərdə tutulan "Yeni çağırışlar” kitabında təhsildə köklü dəyişikliklər üçün yol xəritəsi təqdim olunur, daha təhsilli gələcək naminə diqqətəlayiq təcrübələr və dünya standartları əksini tapır.

Kitabda təhsildə dünya standartları və liderlik, effektiv öyrənmə mühiti, rəqəmsal dünyada öyrənmə, yaradıcı məktəblər, qiymətləndirmə, ömürboyu öyrənmə və yeni səriştələr, təhsilin gələcəyi, yeni dövrün öyrənmə mədəniyyəti, müəllim nüfuzu və digər mövzulara toxunulur.

Tədbirə evsahibliyi edən ADA Universitetinin prorektoru Vəfa Kazdal çıxışında kitabın qlobal təhsil fəlsəfəsini özündə ehtiva etdiyini və müsahibələrin praktik baxımdan dəyərli dərslər təqdim etdiyini diqqətə çatdırıb. 

Çıxış edən nazir müavini Kənan Kərimzadə bildirib ki, "Yeni çağırışlar” kitabı müasir təhsil mühitində baş verən transformasiyaları daha dərindən anlamaq üçün əhəmiyyətli platforma rolunu oynayır. Onun sözlərinə görə, kitab oxuculara dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən nüfuzlu universitetlərin təcrübəsi, qabaqcıl pedaqoji yanaşmaları və liderlik modelləri ilə tanış olmaq imkanı yaradır.

Nazir müavini vurğulayıb ki, nəşr yalnız nəzəri baxışları deyil, eyni zamanda praktik yanaşmaları da özündə birləşdirərək Azərbaycan təhsil sistemində həyata keçirilən islahatlara dəyərli töhfə verir. Kənan Kərimzadə bildirib ki, "Yeni çağırışlar” təhsilin gələcəyinə dair strateji baxışın formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə düşünən hər bir təhsil iştirakçısı üçün faydalı mənbədir.

Millət vəkili Ceyhun Məmmədov, UNEC-in rektoru Ədalət Muradov, Əməkdar elm xadimi Şahlar Əsgərov və Əməkdar müəllim Asif Cahangirov çıxışlarında kitabın yeni səriştələr, təhsilin gələcəyi, öyrənmə mədəniyyəti və müəllim nüfuzu kimi mühüm mövzuları əhatə etdiyini qeyd edərək onu təhsil sahəsində baş verən dəyişikliklərin göstəricisi kimi dəyərləndiriblər.

Qeyd edək ki, kitab Elm və Təhsil Nazirliyinin rəsmi "Facebook” səhifəsində canlı yayımlanan "Yeni çağırışlar” müzakirə proqramı əsasında hazırlanıb. Kitabın ön sözü İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Təhsil və bacarıqlar üzrə direktoru, PISA - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının yaradıcısı Andreas Şleyxer tərəfindən yazılıb. 

Kitabdakı müsahiblər sırasında təhsil nazirləri, dünyanın ən yüksək reytinqli ali təhsil müəssisələrindən olan Massaçusets Texnologiya İnstitutu, Harvard, Stenford, Toronto və digər universitetlərin professorları, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Bankı, "Coursera”, "Khan Academy”, "edX”, Bill və Melinda Geyts Fondu, Dünya Təhsil Forumu, "Microsoft” və UNICEF kimi qurumların rəhbər şəxsləri, həmçinin UNESCO-nun Təhsilin Gələcəyi Komissiyasının üzvləri, "Google” və "Apple” kimi nüfuzlu şirkətlərin mütəxəssisləri, bestseller müəllifləri və təhsil mütəfəkkirləri yer alırlar.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistanda leysan nəticəsində 9 nəfər ölüb, 28 ev dağılıb
19:21 21.07.2026
Pakistanda leysan nəticəsində 9 nəfər ölüb, 28 ev dağılıb
Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini ilk dəfə açıqladı
19:07 21.07.2026
Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini ilk dəfə açıqladı
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdi
18:59 21.07.2026
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdi
Messi Argentina millisi ilə vidalaşdı
18:49 21.07.2026
Messi Argentina millisi ilə vidalaşdı
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
18:45 21.07.2026
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
18:35 21.07.2026
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
18:21 21.07.2026
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
17:59 21.07.2026
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
17:36 21.07.2026
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
17:33 21.07.2026
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
Salyandakı qəzada ölənlərin - Fotoları
17:32 21.07.2026
Salyandakı qəzada ölənlərin - Fotoları
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
17:15 21.07.2026
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
17:08 21.07.2026
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
16:52 21.07.2026
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
16:43 21.07.2026
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
16:22 21.07.2026
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?