Qobustan rayonunda Şəhidlərimizin xatirəsi yad olundu - FOTOLAR

GƏNCLİK
16:39 29.09.2021
2114
27 sentyabr "Anım Günü" münasibəti ilə Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, rayon ictimaiyyəti, Şəhid ailələri və Qazilərin iştirakı ilə Anım tədbiri keçirilmişdir.

AZXEBER.COM xəbər verir ki, Qobustan Gənclər Evinin direktoru Anar İrzaquluyev bildirib ki, ilk öncə Şəhidlər Xiyabanı ziyarət olunaraq şəhidlərimizin ruhu ehtiramla yad olunub.

Tədbirin ikinci hissəsində Heydər Əliyev Parkında Qobustan Gənclər Evinin təşkilatçılığı ilə rayon gəncləri "Vətən Var Olsun!" Şüarı ilə fləşmob təqdim etmiş, 44 günlük Vətən Müharibəsi dövründə qəhrəmanlarımızın hərbi-vətənpərvərlik ruhunu özündə əks etdirən ədəbi müsiqili kompazisiya ilə çıxış etmişlər.

Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək bildirmişdir ki, 30 illik həsrətə son qoyaraq torpaqlarımızı yağı düşməndən öz canları bahasına azad edən Şəhidlərimiz bu Zəfər tarixini öz qanları ilə yazdılar və bu böyük qələbənin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha xalqın sonsuz sevgisini qazandı. Daha sonra çıxış üçün söz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinin rəisi, polkovnik-leytenant İxtiyar Əhmədov, "Vətən Müharibəsi Qəhrəmanı" Elyar Vəliyevin atası Arif Vəliyev, Qobustan rayonunda məskunlaşan Şəhid övladı, Xocalı sakini olan Mürvət Məmmədov və Qobustan Gənclər Evinin direktoru Anar İrzaquluyevə verilmişdir.

Tədbirin üçüncü hissəsində "Vətən Müharibəsi Qəhrəmanı" Elyar Vəliyevin adına əbədiləşdirilən küçədə və digər 3 ayrı məntəqədə, ümumilikdə rayon ərazisində 500-dən artıq ağac əkilmiş, aqrotexniki qulluq göstərilmiş və suvarılmışdır.
 






OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir