Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır

Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır
DÜNYA
14:44 05.06.2026
213
Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA) Prezidenti Rafael Mariano Qrossi bildirib ki, dünyanın harasında olursa olsun, nüvə elektrik stansiyaları heç bir halda hücuma məruz qalmamalıdır.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki,UAEA İdarə Heyəti, Birləşmiş Ərəb Əmirliklərindəki (BAƏ) Barakah Nüvə Enerji Stansiyasına edilən hücuma dair fövqəladə toplantı keçirib.

Toplantının açılışında çıxış edən Grossi qeyd edib ki, bu gün Zaporijya Nüvə Elektrik Stansiyasının yaxınlığındakı cəbhə xəttində yerli atəşkəs qüvvəyə minib və danışıqlarda əməkdaşlıq etdikləri üçün Rusiya və Ukrayna nümayəndə heyətlərinə təşəkkür edib.

Qrossi həftə ərzində Körfəz ölkələrinin rəsmiləri ilə görüşdüyünü və BƏƏ-dəki Barakah Nüvə Enerji Stansiyasına edilən hücumla bağlı danışıqlar apardığını bildirib.

O, həmin stansiyanı da ziyarət etdiyini və 17 may tarixində pilotsuz uçuş aparatının (PUA) səbəb olduğu ziyanı gördüyünü qeyd edib. Grossi bildirib ki, hücum stansiyanın xaricindəki generatorlarda yanğına səbəb olub.

Grossi hadisənin nüvə təhlükəsizliyini ciddi şəkildə təhlükəyə atdığını, lakin stansiyadakı radiasiya səviyyəsinin normal qaldığını vurğulayıb.

UAEA Prezidenti xəbərdarlıq edib ki, Barakah daxil olmaqla fəaliyyət göstərən digər nüvə stansiyalarına edilən hücum yüksək səviyyədə radioaktiv sızmaya yol aça bilər.

Grossi bildirib ki, sülh məqsədilə istifadə olunan nüvə obyektlərinə edilən hücumlar qəbuledilməzdir:
"Dünyanın harasında olurlarsa olsun, nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır. Daha əvvəl dəfələrlə etdiyim kimi, maksimum təmkin göstərilməsinə çağırış edirəm."

O, nüvə təhlükəsizliyinin universal və istisnasız prinsip olduğunu və UAEA üçün bu sahədə "ikili standart”ın olmadığını vurğulayıb.
OXŞAR XƏBƏRLƏR