Qurban bayramı Şəhid ailələri ilə birlikdə qeyd edilib - FOTOLAR

Qurban bayramı Şəhid ailələri ilə birlikdə qeyd edilib - FOTOLAR
İQTİSADİYYAT
14:23 07.07.2022
1539
44 günlük Vətən müharibəsində erməni silahlı qüvvələrinin həyata keçirdiyi insanlığa və heç bir müharibə qaydalarına sığmayan terrorları nəticəsində onlarla günahsız dinc sakin dünyasını dəyişdi, yüzlərlə fərdi yaşayış evlərinə ciddi ziyan dəydi.
 
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ziyan dəyən evlər bərpa edilərək sakinlərin ixtiyarına verilir. İstifadəyə verilən evlərdən biri də Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Nadir Elbrus oğluna məxsus yeni fərdi yaşayış evidir. Beş otaqdan ibarət yaşayış evinə ŞİH tərəfindən yeni əşyalar və  mebellər alınıb, həyətə tamet daşları düzülüb, abadlıq işləri aparılıb. 
 
Naftalan ŞİH-nin başçısı Vüqar Novruzov müqəddəs Qurban bayramını şəhid ailələri və qazilərlə birgə şəhid Qurbanovların ailəsində yeni mənzildə qeyd edib. 
 
Tədbirdə  ŞPŞ-nin rəisi Zaur Bədəlov, Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov, Naftalan Cümə Məscidinin imamı Hacı Rəşad Hüseynov, şəhid ailələri, qazilər və digər məsul əməkdaşlar iştirak edib. Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
 
ŞİH-nin başçısı çıxışında, dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan Qurban bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd edildiyini vurğulayaraq  bildirib ki, Müzəffər Ali Baş Komandanımızın və Rəşadətli Ordumuzun Vətən Müharibəsindəki Zəfəri xalqımızın əyilməz ruhunun təntənəsidir. Həmçinin, şəhid valideynləri ilə səmimi söhbət zamanı azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərindən, şəhid ailələrinə, qazilərə göstərilən yüksək diqqət və qayğıdan söhbət açılıb, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlar ifadə olunub.  
 
ŞİH-nin təşkilatçılığı ilə keçirilən tədbirdə ənənəyə uyğun olaraq qurban kəsilib, dualar oxunub. Sonda iştirakçılara bayram sovqatları təqdim olunub.
 
Nadir Qurbanov müqəddəs bayramı yeni evində onunla birlikdə qeyd etdiklərinə görə öz dərin minnətdarlığını ifadə edib. 
 
Qeyd edək ki, 27 sentyabr 2020-ci ildə erməni terrorçularının atdığı top mərmisi nəticəsində Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Nadir Elbrus oğlunun ikisi uşaq olmaqla 5 ailə üzvü həyatını itirib. 
 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib