Qurban Qurbanov: "Sabahkı oyuna kifayət qədər ciddi hazırlaşmışıq"

Qurban Qurbanov: "Sabahkı oyuna kifayət qədər ciddi hazırlaşmışıq"
İDMAN
21:31 17.07.2017
1233
Gürcüstanda olduğum üçün çox şadam. Bu matçda iştirak etmək mənim üçün böyük şərəfdir. Çünki böyük tarixə malik stadionda futbol oynayacağıq. Mən stadionun fotolarını görmüşdüm. Canlı şahidi olduqdan sonra da belə qənaətə gəldim ki, arena burada çıxış etmiş futbolçuların səviyyəsini aydın ifadə edir".
 
AZXEBER.COM "Report"-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Gürcüstan paytaxtı Tbilisidəki Boris Payçadze adına "Dinamo" Arenasında "Samtredia" ilə keçirəcəkləri Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.
 
Qırx beş yaşlı mütəxəssis bildirib ki, ilk matçda çox qol vurmalarına baxmayaraq, sabahkı oyuna kifayət qədər ciddi hazırlaşıblar. O, komandasını çox çətin qarşılaşmanın gözlədiyini söyləyib: "Fikrimcə, bu görüş bir həftə əvvəlki ilə müqayisədə daha aqressiv məcrada keçəcək. "Samtredia" özünəməxsus xarakterə malikdir, məğlubiyyəti sevmir. Oyunçuları hər qoldan sonra daha da aqressivləşirlər. Bu səbəbdən, ötən 6 gün ərzində tam ciddi hazırlıq keçmişik. Yaxşı futbol oynamağa və azarkeşləri razı salmağa çalışacağıq. Rəqibə uğurlar arzulayıram".
 
Q.Qurbanovun fikrincə, hərdən futbolda layiq olmadığın hesabla da məğlubiyyət baş verir: "Açığı, "Samtredia"nın belə uduzmasını istəməzdim. Oyun strategiyası, mütəşəkkilliyi məndə bu komandaya böyük simpatiya oyatdı".
 
Azərbaycan və Gürcüstanın həmişə dostluq münasibətlərində olduğunu xatırladan baş məşqçi futbol sahəsində də belə bir yaxınlığın olduğuna diqqət çəkib. O, Tbilisi "Dinamo"sunun SSRİ vaxtında kifayət qədər yaxşı oyun sərgilədiyini xatırladıb. Q.Qurbanov iki ölkənin çempionatlarını müqayisə edib: "Gürcüstanda çoxlu dəyişiklik baş verib. Bu da ola bilsin, xüsusən maliyyə sarıdan futbolunuza təsirsiz ötüşməyib. Deyərdim ki, biz də belə faktlarla üz-üzəyik. Azərbaycan klubları 5 il əvvəlki ilə müqayisədə daha aşağı səviyyədədirlər. Buna görə də bir çox əcnəbi oyunçu hər il klubunu dəyişir və yeni legioner axtarışlarına başlayırıq. Gürcüstanda isə legionerlərin sayı çox deyil. Klublarınız əcnəbi oyunçu dəvət etməyə çalışmırlar. Bu isə yəqin ki, maliyyə problemləri ilə əlaqədardır. Azərbaycanda isə 2 komanda - "Qarabağ" və "Qəbələ" bu baxımdan yaxşı vəziyyətdədir. Bu, iki ölkə çempionatı arasındakı fərqin səbəbi ola bilər. Amma təkrar edirəm: sabahkı oyunun necə nəticələnəcəyini bilmirik və çətin matç gözləyirik".
 
Komandasında çoxlu çatışmazlıqların olduğunu deyən baş məşqçi ilk növbədə, kollektiv oyun sarıdan problemləri aradan qaldırmağa çalışdıqlarını söyləyib: "Biz hücum futbolu sərgiləməyə çalışırıq. Oyunçulardan hücuma atılmalarını istəyirik. Eyni zamanda müdafiədə də lazımi səviyyədə çıxış etmək lazımdır. Biz balanslaşdırılmış oyun sərgiləməyə çalışacağıq. Heyətə gəlincə, meydanda 11 oyunçu olacaq".
 
Sonda baş məşqçi "Qarabağ"ın adına diqqət çəkib: "Qarabağ" Azərbaycanı təmsil edən komandadır. Bu komanda və ya Azərbaycanın istənilən yığması ölkəni layiqincə təmsil etməlidir. Bu, üzərimizə götürdüyümüz öhdəliklərdən biridir".
 
Qeyd edək ki, iyulun 18-də keçiriləcək "Samtredia" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk görüşdə "Qarabağ" 5:0 hesabı ilə qalib gəlib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
23:01 08.06.2026
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
22:56 08.06.2026
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
22:53 08.06.2026
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
22:48 08.06.2026
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
22:42 08.06.2026
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
22:40 08.06.2026
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
Bakının iki rayonunda işıq kəsiləcək
22:37 08.06.2026
Bakının iki rayonunda işıq kəsiləcək
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
22:26 08.06.2026
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
22:16 08.06.2026
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
22:08 08.06.2026
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
22:00 08.06.2026
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
21:52 08.06.2026
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
21:47 08.06.2026
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
21:37 08.06.2026
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video
21:34 08.06.2026
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video
İran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldı
21:22 08.06.2026
İran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldı