"Park Qusar" istirahət mərkəzində yanğın: 4 nəfər ölüb, xəsarət alanlar var

"Park Qusar" istirahət mərkəzində yanğın: 4 nəfər ölüb, xəsarət alanlar var
SOSİAL
10:26 22.01.2023
555
 10.26

 Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Qusar rayonunun Caqar kəndində "Park Qusar" istirahət mərkəzinin ərazisində kotecdə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.

Yanğın nəticəsində "Park Qusar” istirahət mərkəzinin ərazisində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət kotec yanıb.

Yanğın nəticəsində altı nəfər xəsarət alıb. Yanğının kəşfiyyatı zamanı dörd nəfərin meyiti aşkar olunub.

Yanğınsöndürənlər tərəfindən yaxınlıqdakı koteclər və meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş ilkin araşdırmalarla yanğının kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindın baş verdiyi ehtimal edilir.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir.

10.05
 
Qusarda Şahdağ turizm mərkəzinin yaxınlığında yerləşən otellərdən birində yanğın olub.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, otel ərazisindəki koteclərdən birində qeydə alınan yanğın zamanı 4 nəfər vəfat edib

Ölənlər Babayev Emin, Babayev Rauf və Babayeva Zülfiyyə (bir ailənin üzvü) və Babaşov Rüstəmdir.Yanğın zamanı digər koteclərdə olan 6 nəfər isə xəsarət alıb.

Polis əməkdaşlarının keçirdiyi təhlükəsizlik tədbirləri nəticəsində faciənin miqyasının genişlənməsinin qarşısı alınıb.

Hadisə yerinə aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
13:09 02.08.2026
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
Sabah hava necə olacaq?
12:55 02.08.2026
Sabah hava necə olacaq?
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
12:48 02.08.2026
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
Nəriman Həsənzadə dəfn olundu -  VIDEO - FOTOLAR
12:34 02.08.2026
Nəriman Həsənzadə dəfn olundu - VIDEO - FOTOLAR
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
12:30 02.08.2026
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
12:24 02.08.2026
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid
12:16 02.08.2026
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
12:07 02.08.2026
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
12:04 02.08.2026
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
12:00 02.08.2026
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
11:55 02.08.2026
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
11:49 02.08.2026
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
11:42 02.08.2026
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
Paşinyan istefa verdi
11:23 02.08.2026
Paşinyan istefa verdi
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
11:03 02.08.2026
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR
11:01 02.08.2026
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR