Klubun direktoru Əmrah Çəlikəl Qol.Az saytına bildirib ki, İstanbula çatarkən komandanın yarımmüdafiəçisi və kapitanı Rəşad Sadiqovun qardaşı Səbuhi Sadiqovun qəflətən dünyasını dəyişdiyi xəbərini alıblar
Əmrah Çəlikəl "Qarabağ" kollektivinin adından Sadiqova başsağlığı verərək onu dərhal Bakıya geri göndəriblər. Çəlikəl eyni zamanda Sadiqovun "Brügge" ilə səfərdəki oyunda iştirak etməyəcəyini deyib.
Hadisəylə əlaqədar Rəşad Sadiqova və ailəsinə dərin hüznlə başsağlığı verir və səbir diləyirik.
Allah rəhmət eləsin!