Ramin Həkimov: 'Əminəm ki, rəqəm 150 min, 200 min olsaydı yenə də bu imzaları toplaya biləcəkdik'

Ramin Həkimov:
GƏNCLİK
18:20 18.02.2013
1529

Xəbər verdiyimiz kimi, Ağ Evin rəsmi saytında Azərbaycanla bağlı 2 petisiya yerləşdirib.

Petisiyada ABŞ administrasiyasından Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş proklamasiyanın qəbul olunması, həmçinin həmin hadisənin hərbi cinayət kimi tanınması xahiş edilir.Petisiyanı imzalayanlar ABŞ prezidenti Barak Obamanın administrasiyasını Xocalıdakı qanlı qırğınları tanımağa, faciə qurbanlarının xatirəsini anmağa, proklamasiya qəbul etməyə çağırır.Dağlıq Qarabağla bağlı olan petisiyada isə münaqinin 20-ci əsrin ən faciəli münaqişəsi kimi milyonlarla azərbaycanlının taleyində iz qoyduğuna, 1 milyondan artıq insanın doğma yurd-yuvasından qaçqın və məcburi köçkün olduğuna diqqət çəkilir və ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həllində fəal iştirak etməyə çağırılır.Xocalı ilə bağlı olan petisiyada 100 min səs yığılıb. Dağlıq Qarabağla bağlı petisiyaya isə bu günə qədər 95 min insan imza atıb. Petisiyanın müddəti 22 fevralda bitir.Qeyd edək ki, Ağ Ev-in rəsmi saytında petisiyalara ilk olaraq 25 min imza tələb olunsa da, sonradan bu rəqəm 100 minə qaldırılıb.məsələylə bağlı ASAIF-in sədri Ramin Həkimovdan münasibət öyrəndik. O bildirdi ki, Azərbaycan insanı bu məsələdə həmrəylik göstərib və bu işdə ASAİF üzvləri də aktivlik göstərib:“Bu petisiyalar sayta yerləşdirilən ilk gündən etibarən ASAIF üzvləri bu işdə aktiv fəaliyyət göstərilir. Bildiyiniz kimi, bu gün dünyanın 240 şəhərində azərbaycanlı tələbələr təhsil alır. Biz emaillər vasitəsiylə bütün üzvlərimizi bu aksiyaya qoşulmağa dəvət etmişik. Bundan başqa sosial şəbəkələrdə gün ərzində dəfələrlə bu petisiyaları paylaşmışıq.Bu işdə təkcə ASAIF fəalları deyil, dünyanın dörd bir yanında yaşayan həmyerlilərimiz aktivlik nümayiş etdiriblər. Əslində, Xocalıyla bağlı petisiyaya imzaların 2 həftə öncə toplanması da gücümüzün göstəricisidir.

Əvvəl petisiyayla bağlı 25 min səs tələb olunurdu, sonra bu rəqəm 100 minə qaldırıldı. Əminəm ki, bu rəqəm 150 min, 200 min olsaydı yenə də biz bu imzaları toplaya biləcəkdik”.Ramin Həkimov Xocalı soyqırımının 21-ci ildönümüylə əlaqadər ASAIF-in təşkil edəcəyi tədbirlər haqda da danışıb: Fevral ayının 23-ü Londonda “Trafalqar” Meydanında Xocalıyla bağlı möhtəşəm aksiya keçirməyi planlaşdırırıq.Aksiya 4 saat davam edəcək. Bundan başqa Böyük Britaniyada 10-a yaxın universitetdə Xocalı tədbirləri baş tutacaq, Xoca filminin nümayişi olacaq. Londonda, Mançesterdə, Exeter və Essex şəhərlərində konfranslar, tədbirlər keçiriləcəkBu tədbirlər Böyük Britaniyadakı səfirliyimizin dəstəyi və iştirakıyla baş tutacaq. ASAIF İngiltərəylə yanaşı Kanada, Hollandiya, Belçikada, Türkiyədə də soyqırımla bağlı tədbirlər keçiriləcək, yerli sakinlərə Xocalı həqiqətlərini özündə əks etdirən bukletlər paylanacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin Ukraynanın hərbi sənaye və logistika mərkəzlərinə zərbələrin endirilməsi əmrini verdi
23:05 16.10.2026
Putin Ukraynanın hərbi sənaye və logistika mərkəzlərinə zərbələrin endirilməsi əmrini verdi
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
22:58 16.10.2026
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
22:50 16.10.2026
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
22:41 16.10.2026
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
22:32 16.10.2026
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
22:20 16.10.2026
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
22:13 16.10.2026
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
22:03 16.10.2026
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
21:56 16.10.2026
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
21:45 16.10.2026
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
21:36 16.10.2026
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
21:29 16.10.2026
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
21:20 16.10.2026
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
21:13 16.10.2026
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
21:06 16.10.2026
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
20:58 16.10.2026
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər