Ramiz Novruzun doğum günüdür

Ramiz Novruzun doğum günüdür
MAQAZİN
10:31 25.05.2026
197
Bu gün Azərbaycan teatr və kino sənətinin sevilən simalarından biri olan Ramiz Novruzun ad günüdür.
 
AZXEBER.COM xəbər verir ki, mərhum sənətkar yaşasa idi 71 yaşını qeyd edəcəkdi.
 
Səhnəyə gətirdiyi hər obrazla tamaşaçıların qəlbində iz qoyan sənətkar, illərdir öz səmimiyyəti, müdrikliyi və sənətə sonsuz sevgisi ilə yaddaşlarda yaşayır.

Ramiz Novruz təkcə aktyor deyil, həm də bir məktəb, bir sənət nəfəsidir. Onun ifasında canlanan obrazlar insanların sevincinə, kədərinə, həyatına çevrilib.
 
Səsi, baxışları və duyğuları ilə milyonların qəlbinə toxunan sənətkar bu gün də hörmət və məhəbbətlə xatırlanır.
 
Ramiz Novruz müxtəlif xarakterli rolları ilə seçilən aktyorlardandır. O, həm dram, həm psixoloji, həm də xarakter rollarında öz peşəkarlığını nümayiş etdirib. "Cavid ömrü”, "Hökmdarın taleyi”, "Fəryad”, "Yük”, "Dolu” kimi ekran əsərlərində yaratdığı obrazlar tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Teatr səhnəsində isə onun ifa etdiyi mürəkkəb və dərin psixoloji rollar sənətsevərlərin yaddaşında xüsusi iz buraxıb.

Onun sənəti yalnız rol oynamaq deyil, obrazı yaşamaq bacarığı ilə yadda qalıb. Hər çıxışında səmimiyyəti, daxili emosiyası və aktyor ustalığı hiss olunub. Bu səbəbdən də Ramiz Novruz illər keçsə belə unudulmayan sənətkarlar sırasında yer alır.

2023-cü ildə vəfat edən sənətkarın itkisi Azərbaycan mədəniyyəti üçün böyük kədər oldu. Onun səsi, baxışları, səhnədə yaratdığı duyğular bu gün də sənətsevərlərin xatirəsində yaşayır. 
 
Aysel


OXŞAR XƏBƏRLƏR