Ramiz Novruzun oğlu: “Hamı atamın yerinə danışır” - FOTO

Ramiz Novruzun oğlu: “Hamı atamın yerinə danışır” - FOTO
SOSİAL
15:29 25.02.2023
604
"Allah atama elə rahat ölüm verdi ki, vəsiyyət belə edə bilmədi. Çox rahat şəkildə, özünün xəbəri olmadan həyatdan köçdü. Atam reanimasiyada, demək olar ki, yuxulu vəziyyətdə rəhmətə getdi. Bəlkə də, ürəyində deyəcək sözləri var idi”. 

AZXEBER.COM xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında mərhum Xalq artisti Ramiz Novruzun oğlu, aktyor Cavidan Novruzov atası barədə danışarkən deyib. 



O bildirib ki, atası həyatda heç kimə əziyyət verməyib. Ona görə vəfatı belə rahat olub: 

"İnsanların ondan ötrü narahat olmalarını istəmirdi. Qəribə burasındadır ki, atamın cənazəsini yudurtmağa aparanda, yas məclisini təşkil edəndə, torpağa tapşırılanda da hər şey elə bil qabaqcadan hazırlanmışdı. Çox rahatlıqla oldu. 

Vəsiyyətini deyə bilməsə də, təxmini bilirik ki, nələri deyəcəkdi. Biz artıq buna əməl etməyə çalışırıq ki, onun ruhu şad olsun. Əsas istəyi bu idi ki, övladları bir-biri ilə mehriban olsunlar. Həmişə mənə məsləhət görürdü ki, sənətimlə bağlı fitnəyə getməyim, intriqadan uzaq olum. Mənə deyirdi ki, başımı salıb işimi görsəm, hər şey bir o qədər də yaxşı olacaq. Özü də elə adam idi”. 

Aktyor atasının ölümündən sonra bir daha səhnəyə çıxmayacağı barədə yayılan şayiələrə aydınlıq gətirərək, haqqında deyilənləri təkzib edib:

"Mən, ümumiyyətlə, elə söz deməmişəm. O məlumatı kim götürüb elə yayıb, özüm də başa düşə bilmirəm. Belə vəziyyətdə elə bir açıqlama verməmişəm, boş məlumatdır. Onu demişəm ki, atamın 40 mərasiminə qədər nə səhnəyə çıxacağam, nə də sosial şəbəkədə görünəcəyəm. Belə demişəm. Bütün işlərimi, çəkilişlərimi və s. dayandırmışam. Nəyə görə səhnəyə çıxmayım?! Atamın sənətini yaşadıram. Elə şey olar?!” 

Cavidan Novruz, həmçinin sağlığında və həyatdan köçəndən sonra atasına göstərilən diqqətə görə dövlətdən, Mədəniyyət Nazirliyindən razı qaldığını bildirib:

"Bir aktyora nə vermək lazım idisə, atama hamısını veriblər. Heç vaxt demədi ki, yaşım keçir, məni diqqətdən kənar qoyurlar. Vaxtında Xalq artisti adını aldı. Prezident təqaüdünə layıq görüldü, ev verdilər. Son mənzilə belə yola salınanda layiqincə oldu. Hamı atamın yerinə danışır, nə istəyir deyir. Amma ailəsi qalıb kənarda. Bizim ailəmiz şəxsən dövlətdən narazı deyil. Bizə lazım deyildi atamı son mənzilə teatrdan yola salsınlar, ya da başqa yerdən götürsünlər. Onsuz da teatrlardan belə şeyləri yığışdırırlar. Xalqın onu sevərək yola salmağı ailəmizə bəs edir. Sənətkarla vidalaşmaq istəyənlər qapımızadək gəldilər. Yasda millət dolu idi”. 

Qeyd edək ki, Xalq artisti Ramiz Novruz uzun sürən xəstəlikdən sonra ötən günlərdə dünyasını dəyişib. Sənətkar xərçəng xəstəliyindən əziyyət çəkib. 
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
15:35 30.07.2026
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
13:30 30.07.2026
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
13:05 30.07.2026
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
13:04 30.07.2026
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
13:02 30.07.2026
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR
12:58 30.07.2026
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR