Raqif Abbasov: “Azərbaycan idmanında 20 ildə görülən işlər yüzilliklərə bərabərdir” - AÇIQLAMA

Raqif Abbasov: “Azərbaycan idmanında 20 ildə görülən işlər yüzilliklərə bərabərdir” - AÇIQLAMA
İDMAN
13:19 31.07.2017
1300
"Bu gün dövlət başçımız İlham Əliyevin Milli Olimpiya Komitəsinə Prezident seçilməsinin 20 ili tamam olur. 1997-ci il ilə 2017-ci il arasında müqayisə aparanda ölkəmizdə idmanın yüksək inkişafını görməmək mümkün deyil. Azərbaycan idmanında 20 ildə görülən işlər yüzilliklərə bərabərdir”. Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

O qeyd edib ki, dövlət başçımız Milli Olimpiya Komitəsinin Prezidenti seçilərkən çıxışı zamanı səsləndirdiyi fikirlərin hamısı bu gün yüksək səviyyədə yerinə yetirilib: "Cənab Prezidentin çıxışında səsləndirdiyi fikirlərdən biri də idmanın maddi-texniki bazasının yaxşılaşdırılması idi. Dövlət başçımızın tapşırıqları uğurla icra olunub. Bu gün ölkəmizdə 40-dan çox olimpiya kompleksləri, möhtəşəm idman arenaları fəaliyyət göstərir. Heydər Əliyev adına İdman Sarayı, Bakı İdman Sarayı, Tofiq Bəhramov adına Respublika Stadionunun yenidən qurulması, 70 minlik azarkeş tutumuna malik Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Boks Mərkəzi, Bakı Su İdmanı Sarayının və digər möhtəşəm arenaların tikilib istifadəyə verilməsi infrastrukturun, maddi-texniki bazanın inkişafının göstəricisidir”.

Baş idarə rəisi bildirib ki, bu gün Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib: "Cənab Prezidentin səsləndirdiyi fikirlərdən biri də Azərbaycanda beynəlxalq yarışların keçirilməsi ilə bağlı idi. Ölkəmizdə olimpiya, qeyri-olimpiya, paralimpiya idman növləri, fiziki məhdudiyyətli idmançılar arasında yüzlərlə beynəxalq yarışlar, Olimpiya Oyunlarına lisenziya verən turnirlər, dünya və Avropa çempionatları, I Avropa, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 üzrə Qran-Pri yarışları keçirilir. Bu il təşkil edilməsi nəzərdə tutulan qadınlar arasında voleybol üzrə Avropa çempionatı, cüdo, güləş, taekvando, bədii gimnastika, su idmanı və digər növlər üzrə yarışlar ölkəmizdə idmana xüsusi diqqətin göstəricisidir. Azərbaycan Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün 2 dəfə namizədliyini irəli sürüb. Bakının müxtəlif mərhələləri adlayaraq dünyanın ən iri şəhərləri, paytaxtları ilə yanaşı dayanması rəqabət aparılmasının əyani sübutudur”.

R.Abbasov vurğulayıb ki, bu gün Azərbaycan idmançıları dünyanın ən güclü idmançıları sırasındadırlar: "Cənab Prezident çıxışında Azərbaycan idmançılarının nəticələri, onların sosial həyatının yaxşılaşdırılması haqqında da danışmışdı. Hazırda Azərbaycan idmançıları dünyanın ən güclülərindəndirlər. Olimpiya Oyunlarında milli yığma komandamızın tərkibində iştirak edən idmançılarımızın say və medal dinamikası bunun əyani sübutudur. Əldə olunan nailiyyətin coğrafiyası genişlənib. Azərbaycan idmançıları yeni idman növlərindən də medallar əldə edirlər. Olimpiya, bir neçə qat dünya və Avropa çempionlarımız, beynəlxalq turnirlərdə yüksək nəticələr qazanan atletlərimiz, dünyada uğurlu çıxış edən komandalarımız, çoxlu medallar qazanan xanım idmançılarımız var. Ölkəmizdə yüksək səviyyəli məşqçi və hakim korpusu yetişdirilib. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Akademiyası uğurla fəaliyyət göstərir. Bu akademiya dünyanın aparıcı təhsil ocaqları ilə əməkdaşlıq edir və yüksək səviyyədə təhsil verir. Bu gün federasiyalar, klub və cəmiyyətlərdə olan 10 minlərlə idmançı daimi məvaciblə təmin olunur, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Ölkəmizdə idman televizya kanalları fəaliyyət göstərir, Azərbaycan idmanını canlı şəkildə dünyaya nümayiş etdirir. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klub və cəmiyyətlər vahid ailə olaraq fəaliyyət göstərir. Bütün bu nailiyyətlər Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Azərbaycanın idman camiəsi cənab Prezidentimizi təbrik edir, ona can sağlığı, ölkəmizin inkişafı istiqamətində yorulmaz fəaliyyətində uğurlar arzulayır”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
23:01 08.06.2026
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
22:56 08.06.2026
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
22:53 08.06.2026
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
22:48 08.06.2026
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
22:42 08.06.2026
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
22:40 08.06.2026
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
Bakının iki rayonunda işıq kəsiləcək
22:37 08.06.2026
Bakının iki rayonunda işıq kəsiləcək
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
22:26 08.06.2026
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
22:16 08.06.2026
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
22:08 08.06.2026
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
22:00 08.06.2026
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
21:52 08.06.2026
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
21:47 08.06.2026
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
21:37 08.06.2026
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video
21:34 08.06.2026
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video
İran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldı
21:22 08.06.2026
İran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldı