"Vahid Əhmədovun bu çıxışı deputatlara qarşı təhdiddir" - Razi Nurullayev

"Vahid Əhmədovun bu çıxışı deputatlara qarşı təhdiddir" - Razi Nurullayev
SOSİAL
12:42 25.04.2023
329
"Deputat Vahid Əhmədovun tərbiyəsiz bir şəxsə müsahibə verməsini, orada deputatların aşağılanmasına rəvac verməsini şiddətlə qınayıram". 
 
AZXEBER.COM xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat onun bu müsahibəsini və fikirlərini parlamentə və onun deputatlarına qarşı açıq-aydın təhdid kimi qiymətləndirib:

"O tərbiyəsiz şəxs bir neçə ay öncə, üzr istəyirəm, bağışlasın məni xanım sədr və xanım deputatlar, parlamentin önündə video çəkib göstərmişdi ki, deputatlara paz gətirib ki, istifadə etsinlər, daha əvvəl isə "qoz və xiyar gətirmişdim” deyir. Bu açıq-aydın ən eybəcər təhqirdir. Belə çıxır ki, deputat Vahid Əhmədov da onunla razıdır. Bu gündən Vahid Əhmədovu onun təhqir, təhdid və şantaj şəriki sayıram. Vahid Əhmədov yaxşı-pis deputat seçimi ilə də məşğuldur.

Belə çıxır ki, burada oturan deputatların 2-3 nəfərdən başqa hamısı xaindir, xalq düşmənidir, saxta seçilib, o zaman nə əcəb özünüzə yaraşıdırıb burada oturursunuz? Mandatınızdan imtina edin o zaman, gedin dayanın Əli Kərimlinin yanında. 

Hətta hər həftə müxtəlif ölkələrdə rəsmi səfərdə olan, bütün format və platformalarda ölkəmiz adına çıxış edən, Ermənistan nümayəndələrini yerinə oturdan, çıxışlarının ingilis və rus dili versiyaları yalnız bizlər yox, digər ölkələrin vətəndaşları tərəfindən belə geniş paylaşılan xanım sədr Sahibə xanımın adını çəkməyərək, dolayısı ilə xanım sədri də dövlətə canı yanmayan kimi qələmə verir.  Bu qədər ağını çıxarmaq, haqsızlıq etmək olarmı? Sahibə Qafarovanın əməyini görməmək, onun dövlətimiz üçün etdiklərini gözardı etmək ən böyük insafsızlıq və həqarətdir.

Bu ölkədə müxalifət pasportu paylamağa iddialı Əli Kərimli idi. 30 ildir müxalifət pasportu paylayır, amma özünün müxalifətçilik pasportu ilə heç Biləcəridən o yana getməyib. İndi Vahid Əhmədov da müxalifət pasportu paylayır. Başa düşmürəm siz hansı haqla burada təmsil olunan siyasi partiyalara siyasi qiymət vermək iddiasına düşürsünüz? 40 ildir bu ölkənin var-dövlətindən yararlanan adamlar arasındasınız.

Prezident İlham Əliyevi öyür, adını çəkir və bu pərdə altında gizlənərək elə Prezident İlham Əliyevin birbaşa özünə qarşı çıxır. Təəssüf edirəm ki, deputat həmkarlarını hədəfə alan, onların təhdid olunmasında birbaşa iştirak edən, parlamentdə oturub parlamenti və deputatları bəyənməyən, onlara yuxarıdan aşağı baxan bir kəslə bir parlamenti bölüşməli oluruq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan səhiyyəsi beynəlxalq tədbirdə mükafat qazandı - FOTOLAR
17:46 27.07.2026
Azərbaycan səhiyyəsi beynəlxalq tədbirdə mükafat qazandı - FOTOLAR
Marsol Group-un işgüzar Naxçıvan səfəri başa çatdı - FOTOLAR
17:44 27.07.2026
Marsol Group-un işgüzar Naxçıvan səfəri başa çatdı - FOTOLAR
Bərdə xəstəxanasında yayılan görüntülər gündəm oldu – TƏBİB-dən açıqlama
17:34 27.07.2026
Bərdə xəstəxanasında yayılan görüntülər gündəm oldu – TƏBİB-dən açıqlama
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
16:58 27.07.2026
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
16:55 27.07.2026
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
16:39 27.07.2026
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
16:29 27.07.2026
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
16:18 27.07.2026
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
16:13 27.07.2026
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
Küləkli hava nə vaxta qədər davam edəcək?
16:06 27.07.2026
Küləkli hava nə vaxta qədər davam edəcək?
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
15:50 27.07.2026
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
15:23 27.07.2026
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
15:13 27.07.2026
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
15:08 27.07.2026
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
15:03 27.07.2026
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
14:53 27.07.2026
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO