“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi

“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
İDMAN
18:37 18.06.2026
382
İspaniyanın "Real Madrid" klubu növbəti transferini reallaşdırıb.

AZXEBER.COM xəbər verir ki, Madrid təmsilçisi İngiltərənin "Liverpul" klubunun və Fransa millisinin müdafiəçisi İbrahima Konateni heyətinə qatıb.

Tərəflər arasında imzalanan müqaviləyə əsasən, 25 yaşlı futbolçu 2030-cu il iyunun 30-dək "kral klubu"nun formasını geyinəcək.

Qeyd edək ki, Konate son illərdə "Liverpul"un əsas müdafiəçilərindən biri olub və komandanın uğurlarında mühüm rol oynayıb. "Real Madrid" rəhbərliyi bu transferlə müdafiə xəttini daha da gücləndirməyi hədəfləyir.
OXŞAR XƏBƏRLƏR